Ermənistanda Putinin Bakıya səfərini həzm edə bilmirlər
28.08.2013 [09:16]
Artak Zakaryan: Təbii ki, tərəfdaşımız olan bir ölkənin düşmənimiz sayılan ölkə ilə istənilən ikitərəfli münasibəti bizi narahat etməlidir
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin avqustun 13-də Bakıya rəsmi səfəri Ermənistanda məyusluğa səbəb olub. Həmin səfərdən düz 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, Vladimir Putinin Azərbaycana məlum səfəri Ermənistanda hələ də ciddi müzakirə predmeti olaraq qalır. Ermənistan mediasının erməni politoloqlarının açıqlamalarına istinadən verdiyi xəbərlərdən belə məlum olur ki, rəsmi İrəvan sözün əsl mənasında ciddi çaşqınlıq içindədir. Bütövlükdə, belə qənaətə gəlmək olar ki, Rusiya prezidentinin Azərbaycana səfəri Ermənistanın təhlükəsizliyinə ciddi hədə kimi qəbul olunur. Belə ki, Ermənistanın prezidenti Serj Sarkisyanın Vladimir Putini dəfələrlə ölkəsinə dəvət etməsinə baxmayaraq, o, Bakıya səfər edib. Bu fonda ekspertlər Rusiya-Azərbaycan əlaqələrinin yaxşılaşmasını Ermənistan diplomatiyasının tamamilə iflası kimi qiymətləndirirlər.
İşğalçı ölkədəki müxtəlif dairələr hesab edirlər ki, Rusiyanın Azərbaycana doğru addım atmasında səbəb guya Ermənistanın Avropa yolunu tutmasındadır. Yəni, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə assosiativ saziş imzalamaq niyyəti rəsmi Moskva tərəfindən dəstəklənmir. Cavab tədbiri olaraq isə Moskva tərəfindən atılan addımlar nəticəsində Ermənistanın ixrac etdiyi mallarının Rusiyada idxalı əhəmiyyətli dərəcədə azalacaq. Bundan başqa, Rusiyadakı 2,5 milyonluq erməni diasporunun vəziyyəti pisləşəcək, 2,5 milyard dollara çatan pul köçürmələri azalacaq. O da istisna edilmir ki, Aİ ilə assosiativ sazişdən sonra Rusiya Ermənistana satılan qazın qiymətini yenidən gözdən keçirəcək. Həmçinin, Ermənistan hərbi sferada Rusiyanın ən təhlükəli sanksiyaları ilə üzləşə bilər.
Xatırladaq ki, daha öncə oxuculara təqdim etdiyimiz Ermənistanda nəşr olunan “Lragir” qəzetində dərc edilən “Vladimir Putin prezident kürsüsünə qayıtdıqdan sonra bölgədə ilk səfərini Azərbaycana etdi” başlıqlı yazı da deyilənləri sübut edir. Məqalədə deyilir ki, Vladimir Putin ilk regional səfərini “strateji müttəfiqi olan ölkəyə yox, onun düşməni olan ölkəyə” etdi. Materialdan açıq şəkildə hiss olunur ki, rəsmi Moskvanın son vaxtlar atdığı addımlar Ermənistanda mənfi əks-səda doğurub: “Ermənistanda Rusiyaya qarşı münasibət hələ müsbət olsa da, tendensiyalar ondan xəbər verir ki, yaxın illərdə bu balans dəyişə bilər. Çünki Moskvanın siyasəti Ermənistan üçün çoxlu problem yaradır”.
Qəzet yazır ki, Ermənistanın narazılığına baxmayaraq Moskva Ermənistan üçün məqbul hesab edilməyən mövcud siyasətini davam etdirməkdədir.
Ermənistanlı politoloq Levon Şirinyan isə bildirir ki, Vladimir Putinin Azərbaycana səfəri narahatlığa səbəb olmalıdır: “Rusiya Prezidenti Vladimir Putinin Bakıya rəsmi səfəri Ermənistanda həyəcan yaradır. Rusiya rəsmi olsa da, Ermənistanın strateji tərəfdaşıdır”.
Ermənistanın hakim partiyasının nümayəndəsi, parlamentin xarici münasibətlər üzrə komissiyasının üzvü Artak Zakaryan da vəziyyəti narahatlıq doğuran böyük bir məsələ adlandırıb: “Təbii ki, tərəfdaşımız olan bir ölkənin düşmənimiz sayılan ölkə ilə istənilən ikitərəfli münasibəti bizi narahat etməlidir”.
Başqa bir erməni politoloqu Ağasi Yenokyan qeyd edib ki, Putinin səfərinə, ilk növbədə, Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətləri kontekstində baxmaq lazımdır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinə mümkün daxili təzyiq imkanlarını itirən Rusiya xaricdən yararlanır: “Ermənistan üçün qazın qiymətini qaldırır, Azərbaycana silah satışı ətrafında səs-küyü artırır, Ermənistan vətəndaşlarını Rusiyadan deportasiya edir. Başqa sözlə, Rusiya Ermənistanla münasibətlərdə “qamçı” nümayiş etdirməyə başlayıb”.
Bununla yanaşı, Ermənistan rəhbərliyi Vladimir Putinin səfəri fonunda regionda geosiyasi vəziyyətin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun dəyişə biləcəyindən narahatdır.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 3-də Moskvaya gedəcək. Bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti şəxsi mənbələrinə istinadən məlumat yayıb: “Biz mətbuat katibi Arman Saqatelyanla əlaqə saxladıq. O deyib ki, Serj Sarkisyanın səfərləri barədə bütün məlumatları prezident aparatının informasiya xidməti yayır: “Xahiş edirəm, rəsmi xəbərləri izləyin”.
SEVİNC
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

