Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb

Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb

26.08.2026 [18:10]

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8,9 faiz artaraq 22 milyon 785 min ədəd təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ödəniş kartlarında debet kartlarının sayı 10,5 faiz artıb, kredit kartlarının sayı isə 4,6 faiz azalıb. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz artıb. Bu ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 712 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 455 milyon manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.

Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4,4 faiz, POS-terminalların sayı 12,1 faiz artıb.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31