Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

18.06.2025 [12:10]

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın təhdidlərinə qarşı üçtərəfli təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədilə hərbi hava təlimləri keçirib.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın hərbi hava qüvvələrinin açıqlamasına görə ölkənin cənubunda keçirilən təlimlərə Cənubi Koreyanın F-15K, ABŞ-ın F-16 və Yaponiyanın F-2 qırıcıları cəlb olunub.

“Təlim Cənubi Koreya, ABŞ və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirmək, Şimali Koreya tərəfindən artan nüvə və raket təhdidlərinin qarşısını almaq, Koreya yarımadasında və bütövlükdə bölgədə sülh və sabitliyi qorumaq məqsədi ilə keçirilib”, - deyə Cənubi Koreya hərbi hava qüvvələrinin açıqlamasında vurğulanır.

Qeyd edək ki, bu, İ Ce Myunqun Cənubi Koreyada prezident seçilməsində sonra keçirilən ilk üçtərəfli hərbi təlimdir. Sonuncu dəfə üçtərəfli təlim yanvarda keçirilib.

Paylaş:
Baxılıb: 251 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30