Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası davamlı uğurlara imza atır

Yeni Azərbaycan Partiyası davamlı uğurlara imza atır

08.09.2026 [18:09]

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının XII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev hesabat məruzəsi ilə çıxış edərək rayon təşkilatının fəaliyyəti, qarşıya qoyulan vəzifələrin icrası barədə məlumat verib. O bildirib ki, Yeni Azərbaycan Partiyası bütün mərhələlərdə dövlətçilik xəttinə uyğun fəaliyyət göstərib. E.Quliyevin sözlərinə görə, 2021-ci ildə keçirilən VII qurultay partiyanın müasir çağırışlara uyğun olaraq fəaliyyətinin gücləndirilməsi baxımından mühüm mərhələ olub. YAP Nərimanov rayon təşkilatı da bu siyasi kursa öz töhfəsini vermək məqsədilə fəaliyyətini ardıcıl şəkildə gücləndirib. Partiya üzvləri ilə iş, maarifləndirici və sosial layihələr əsas istiqamətlər sırasındadır.

Çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyanın bu istiqamətdə gördüyü işlər cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir: “Buna görədir ki, partiyamızın, o cümlədən YAP-ın Nərimanov rayon təşkilatının sıraları davamlı olaraq genişlənir”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında  müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılmasının təşkil etdiyini bildirib. O, həmçinin Yeni Azərbaycan Partiyasının təkcə ölkəmizin deyil, regionun ən nüfuzlu siyasi təşkilatı olduğunu deyib. H.Babaoğlu qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və onun ətrafında sıx birləşdiyini nümayiş etdirir.

YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov isə qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan müstəqil Azərbaycanın həyatında mühüm rol oynayıb, ölkənin siyasi, sosial və iqtisadi inkişafına öz töhfəsini verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfər və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın milli iradəsinin və dövlətimizin gücünün göstəricisidir.

Çıxış edən Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiyamız bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Cənubi Qafqazın ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 mindən çox üzv birləşib. “Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü şərtləndirən amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Bu baxımdan,  partiyanın rayon və şəhər təşkilatları, o cümlədən Nərimanov rayon təşkilatı  da ictimai-siyasi proseslərdə fəal iştirak edir”, - deyə deputat vurğulayıb.

Çıxış edən Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, YAP siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, iqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcəkdir.

Tədbirdə, həmçinin SOCAR-ın Aparat rəhbəri, ərazi partiya təşkilatının sədri Hafiz Zeynalov, YAP Gənclər Birliyinin üzvü Ülviyyə Axundova və Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov çıxış edib. Çıxışlarda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının hesabat dövründə həyata keçirdiyi fəaliyyət və görülən işlər müsbət qiymətləndirilib.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rəfael Gülməmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz Proqram və Nizamnaməsində nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib və yetirməkdədir. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda verdiyi tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirib.

Rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və YAP-ın VIII Qurultayına nümayəndələr seçilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30