“Floris” qasırğası İsveçə çatıb
05.08.2025 [12:00]
Əvvəllər Böyük Britaniyanı cənginə alan “Floris” qasırğası İsveçin qərb sahillərinə çatıb.
AZƏRTAC xəbər verir ki, İsveç Meteorologiya və Hidrologiya İnstitutu (SMHI) ən güclü küləyin Bohuslan sahillərində - saniyədə 25 metrə qədər olacağı proqnozunu verib. Bəzi rayonlarda “sarı” xəbərdarlıq edilib.
Meteoroloqların proqnozlarına görə, küləyin gücü səhər saatlarında güclənəcək, gündüz pik həddə çatacaq, sonra axşam saatlarında tədricən səngiməyə başlayacaq.
SMHI-nin məlumatına görə, Höteborqda səhər saatlarında çox güclü küləklər qeydə alınıb və gün ərzində onların sürəti saniyədə 18-23 metrə çatıb.
Meteoroloqlar ağacların aşması və nəqliyyatın hərəkətinin pozulması təhlükəsi barədə xəbərdarlıq edirlər. Bununla əlaqədar bəzi dəmir yolu marşrutları dayandırılıb, Norveç, İsveç və Danimarka arasında bərələrin hərəkəti ləğv edilib. Qasırğa, həmçinin “narıncı” və “sarı” kateqoriyalı xəbərdarlığın elan edildiyi Norveçə də təsir edib. Stavanger bölgəsində onlarla ağac aşıb.
Təbii fəlakət Böyük Britaniyada ciddi ziyan vurub. Səlahiyyətlilərə görə, 50 minə yaxın ev və iş yeri işıqsız qalıb. Qlazqo və Skay adasında avtomobillər aşıb, qatar, təyyarə və bərələrin hərəkəti dayandırılıb. “Royal Edinburgh Military Tattoo” və digər böyük tədbirlər ləğv edilib.
Qeyd edək ki, bu il İsveçdə yay ekstremal hava şəraitində keçir. May və iyun aylarında adi haldan 30 faizdən çox güclü küləklər olub. İyul ayında ölkəni istilər, tufanlar və leysanlar bürüyüb. SMHI meteoroloqları qeyd edirlər ki, ekstremal hava hadisələrinin belə bir vəhdətdə baş verməsi region üçün nadir haldır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17

