Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsveçdə qiymət endirimlərindən sonra aylıq biletlərə tələbat kəskin şəkildə artıb

İsveçdə qiymət endirimlərindən sonra aylıq biletlərə tələbat kəskin şəkildə artıb

04.07.2026 [19:17]

Aylıq ictimai nəqliyyat biletlərinin qiymətinin yarıbayarı endirilməsi qərarının qüvvəyə minməsindən sonra İsveçin ən böyük şəhərlərində satışlarda kəskin artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, iyulun 1-dən etibarən ölkə üzrə 30 günlük biletlərin qiyməti 50 faiz endirilib və ilin sonunadək bu səviyyədə saxlanılacaq. Məsələn, Stokholmda aylıq biletin qiyməti 1060 krondan (110 ABŞ dolları) 530 krona (55 ABŞ dolları) düşüb.

Yeni tariflərin tətbiq olunduğu ilk gündə SL nəqliyyat şirkəti 117 600 aylıq bilet satıb. Göteborqda “Västtrafik” şirkəti ötən ilin eyni həftəsində satılan 22 min biletlə müqayisədə təxminən 35 min bilet satıldığını açıqlayıb. Skone bölgəsində isə yeni qiymətlərin qüvvəyə mindiyi ilk gündə bir il əvvəlki eyni günlə müqayisədə 576 bilet əvəzinə 3 806 30 günlük bilet satılıb.

İsveç hökuməti proqramın həyata keçirilməsi üçün 6,5 milyard İsveç kronu ayırıb. Bir çox sərnişin qiymət endirimini müsbət qarşılayıb. Bununla belə, bəzi vətəndaşlar bu addımı hökumətin seçkiqabağı təşəbbüsü kimi qiymətləndiriblər. Sorğuda iştirak edənlərin əksəriyyəti isə güzəştli tariflərin ilin sonunda başa çatdıqdan sonra da davam etdirilməsini arzulayıb.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30