Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Seneqalda Fransa ordusunun törətdiyi qırğın araşdırılır

Seneqalda Fransa ordusunun törətdiyi qırğın araşdırılır

29.10.2025 [16:24]

Seneqalın paytaxtı Dakar yaxınlığındakı Tyaroi hərbi məzarlığındakı bəzi qəbirlər açılıb.

AZƏRTAC TV5 kanalına istinadla xəbər verir ki, məqsəd Fransa müstəmləkə ordusunun törətdiyi qırğınları araşdırmaqdır. Qeyd olunur ki, maaşlarının ödənilməsini tələb edən seneqallı döyüşçülər 1 dekabr 1944-cü ildə Fransa ordusu tərəfindən güllələnib.

Arxeoloq qrupunun rəhbəri Mustafa Sal bildirir ki, çıxarılan skeletlərin bəzilərinin ayaqlarında zəncir olub. Digərlərinin kəllə sümükləri sınıb, yaxud, bədən üzvləri yoxdur. Bir neçə döyüşçünün tabuta diri-diri qoyulduğu üzə çıxıb.

Əsgərlərin hansı şəraitdə öldürüldüyü genetik analiz nəticəsində məlum olacaq.

Fransanın keçmiş müstəmləkələri üçün arxivlər əlçatan olmadığı üçün bu cür cinayətlərin aşkara çıxarılmasında yeganə yol arxeoloji qazıntılar və DNT analizidir.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31