Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir
27.05.2026 [20:17]
Avropa İttifaqının (Aİ) Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) Konqoda və Uqandada Ebola virusunun yayılmasının sürətlənməsi ilə əlaqədar fəaliyyətini genişləndirib. Buna baxmayaraq, qurum Avropa əhalisi üçün yoluxma riskinin hələ də çox aşağı səviyyədə qaldığını bildirib.
AZƏRTAC xəbər verir ki, ECDC-nin məlumatına əsasən, mövcud epidemioloji vəziyyət əvvəlki Ebola epidemiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Bildirilib ki, regiondakı mürəkkəb humanitar və təhlükəsizlik şəraiti xəstəliyə qarşı effektiv tədbirlərin görülməsini çətinləşdirir. Bundan əlavə, hazırki yoluxmaların Bundibuqyo virusu ilə əlaqəli olması vəziyyəti daha da ağırlaşdırır. Hazırda bu virus növünə qarşı təsdiqlənmiş vaksin və xüsusi müalicə vasitəsi mövcud deyil.
Qurum vəziyyəti yerində daha yaxından izləmək məqsədilə Aİ-nin Səhiyyə İşçi Qrupu çərçivəsində regionda iştirakını genişləndirir. ECDC xüsusilə hava limanlarında çıxış yoxlamalarının vacibliyini vurğulayaraq, simptom göstərən şəxslərin vaxtında müəyyən olunmasının risklərin azaldılmasında vacibliyini qeyd edib.
Mərkəz bu istiqamətdə Avropa İttifaqı və Avropa İqtisadi Zonası ölkələrinə səyahət tövsiyələrinin hazırlanması, mümkün yoluxma hallarının sürətli aşkarlanması və təcrid olunması, həmçinin epidemioloji məlumatların gündəlik yenilənməsinə dəstək göstərir.
Məlumata əsasən, Konqoda 900-dən çox şübhəli Ebola hadisəsi qeydə alınıb. Uqandada isə indiyədək 7 yoluxma halı təsdiqlənib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

