Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

15.06.2026 [08:25]

İntensiv danışıqlardan sonra məmnuniyyətlə Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Sülh Sazişinin əldə edildiyini elan edirik.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Pakistan Baş Naziri Şahbaz Şərif elan edib. O bildirib ki, hər iki tərəf Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırıldığını bəyan edib.

Rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

“Münaqişənin diplomatik həlli tapılmasına sadiq olduqları üçün Amerika Birləşmiş Ştatlarına və İran İslam Respublikasına təşəkkür etmək istərdik,- deyə Ş.Şərif əlavə edib. O həmçinin Qətər, Səudiyyə Ərəbistanı Krallığı və Türkiyəyə verdikləri dəstəyə görə təşəkkür edib.

“Razılaşma artıq qüvvədə olduğundan, vasitəçilər bu həftə bir sıra görüşlər təşkil edəcəklər. Bu icradan əvvəlki müzakirələr texniki danışıqların və rəsmi imzalanma mərasiminin təməlini qoyacaq”,- deyə o vurğulayıb.

Paylaş:
Baxılıb: 419 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31