Media: Son müharibə dövründə İran aviasiya donanmasının bir hissəsini xarici ölkələrə köçürüb
17.06.2026 [23:42]
Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrail tərəfindən hücumlar başlanandan sonra İran hakimiyyəti 36 təyyarənin xarici ölkələrin hava limanlarına köçürülməsi və yenidən dislokasiyası üçün icazə verib.
AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bunu İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əbuzər Şirudi bildirib.
Onun sözlərinə görə, bu tədbir mülki aviasiya donanmasının və infrastrukturunun qorunmasına yönəlmiş geniş təhlükəsizlik planının tərkib hissəsi olub və planın bir hissəsi uğurla icra edilib. Şirudi xaricə faktiki olaraq neçə təyyarənin köçürüldüyünü, eləcə də onların hansı ölkələrdə yerləşdirildiyini açıqlamayıb.
İran rəsmisi qeyd edib ki, yenidən dislokasiya prosesi hərbi əməliyyatlar fonunda İranın mülki aviasiyasına yönələn risklərin minimuma endirilməsi məqsədi daşıyıb.
ABŞ-nin CBS televiziya şəbəkəsi 2026-cı ilin may ayında amerikalı rəsmilərə istinadla xəbər vermişdi ki, müharibə dövründə bir sıra İran təyyarələri Pakistanın Ravalpindi şəhəri yaxınlığındakı Nur Xan hərbi hava bazasında yerləşdirilib. Məlumata görə, həmin bazada yerləşdirilən təyyarələr potensial hücumlardan müəyyən səviyyədə qorunub.
Pakistan Xarici İşlər Nazirliyi isə CBS-in məlumatını “şişirdilmiş və yanıltıcı” adlandıraraq bəyan etmişdi ki, İran təyyarələri atəşkəs dövründə logistik və diplomatik məqsədlərlə ölkəyə gəlib. Bununla yanaşı, İslamabad həmin təyyarələrin Nur Xan bazasında mövcudluğunu təkzib etməyib.
Şirudi iyunun 16-da verdiyi açıqlamada ABŞ-ın və İsrailin müharibənin ilk günlərindən etibarən İranın aviasiya infrastrukturunu hədəfə almağa çalışdığını bildirib. Onun sözlərinə görə, bu siyasətin ilk göstəricilərindən biri Buşehr hava limanında İrana məxsus “Airbus” təyyarəsinin vurulması olub.
Rəsmi Vaşinqton isə müharibə zamanı İranın hava qüvvələrinin ciddi zərbə aldığını bəyan edib. ABŞ Prezidenti Donald Trump bildirmişdi ki, ABŞ və İsrailin zərbələri İranın hava gücünün əhəmiyyətli hissəsini iflic edib və ya məhv edib. Sonrakı qiymətləndirmələrdə isə İranın hava qüvvələrinin böyük itkilər verdiyi, lakin tamamilə sıradan çıxmadığı qeyd olunub.
Şirudi əlavə edib ki, hücumlardan sonra İran hakimiyyəti yalnız hava məkanında uçuşları məhdudlaşdırmaqla kifayətlənməyib, həm də ölkə üzərindən keçən tranzit reysləri qonşu dövlətlər üzərindən alternativ marşrutlara yönəldib. Məqsəd uçuş təhlükəsizliyinin təmin edilməsi və əməliyyat risklərinin azaldılması olub.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı və hava hücumundan müdafiə qurumları ilə koordinasiya şəraitində təyyarələrin daha çox hava limanına paylanmasını nəzərdə tutan strategiya qəbul edilib. Bu çərçivədə İmam Xomeyni və Mehrabad hava limanlarından daha təhlükəsiz hesab edilən hava limanlarına təyyarələrin köçürülməsi üçün 133 əməliyyat həyata keçirilib. Bu əməliyyat son onilliklərdə ölkə daxilində həyata keçirilən ən böyük mülki aviasiyanın yenidən dislokasiyası tədbirlərindən biri hesab olunur.
“Əl-Ərəbiyyə” bildirir ki, bəzi məlumatlara görə, bu hadisə 1991-ci ildə baş vermiş Körfəz müharibəsi dövrünü xatırladır. Həmin vaxt İraq beynəlxalq koalisiyanın hava hücumlarından qorunmaq məqsədilə onlarla hərbi təyyarəsini İrana göndərmişdi.Müharibədən sonra İran həmin təyyarələrin əksəriyyətini geri qaytarmayıb və onları İran-İraq müharibəsinə görə təzminat kimi qiymətləndirib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

