Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

26.06.2026 [23:17]

Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb. Onlardan 1596-sı bu il geri qayıdıb.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski video müraciətində açıqlayıb.

"Biz Rusiya əsirliyində olan hər bir şəxsi - həm hərbçiləri, həm də mülki şəxsləri - qaytarmalıyıq. Hər bir soyadı yoxlayırıq. Mübadilələr davam edir", - deyə Prezident qeyd edib.

Prezident qeyd edib ki, əsirlikdən geri qaytarılanların reabilitasiyaya cəlbi vacibdir.

“Onların uyğunlaşma, lazımi müalicə və sosial məsələlərin həlli - bütün bunlar vacibdir və qayğı və dəstək olmalıdır”, - deyə dövlət başçısı bildirib.

Paylaş:
Baxılıb: 14 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30