Rumıniyada minlərlə fermer hökumət binası qarşısında etiraz aksiyasına hazırlaşır
29.07.2026 [21:22]
Rumıniyada minlərlə fermer ölkənin qoyunçuluq və keçiçilik sektorunda yaranmış böhranla əlaqədar iyulun 30-da Buxarestdə hökumət binası qarşısında kütləvi etiraz aksiyası keçirəcək.
AZƏRTAC xəbər verir ki, Rumıniya mətbuatının yaydığı məlumata görə, aksiyada ölkənin müxtəlif bölgələrindən təxminən 6500 fermerin iştirakı gözlənilir. Etirazçılar hökumətdən qoyunçuluq sektorunun xilas edilməsi, ixracın bərpası və fermerlərə dəstək tədbirlərinin görülməsini tələb edəcəklər.
Məlumata əsasən, etiraz aksiyası iki mərhələdə keçiriləcək. İlk olaraq saat 10:00-dan 13:00-dək təxminən 1500 fermer Milli Baytarlıq-Sanitariya və Qida Təhlükəsizliyi İdarəsinin binası qarşısında toplaşacaq. Daha sonra iştirakçılar təşkil olunmuş yürüşlə Qələbə meydanına hərəkət edəcək və saat 10:00-dan 17:00-dək hökumət binası qarşısında ümumilikdə 5 minə yaxın nümayişçinin iştirakı ilə genişmiqyaslı etiraz keçiriləcək.
Etirazın təşkilatçıları bildirirlər ki, Rumıniyanın qoyunçuluq sektoru son onilliklərin ən ağır böhranını yaşayır. Xırdabuynuzlu heyvanların taunu ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər nəticəsində diri heyvan ixracı dayandırılıb, minlərlə təsərrüfat ciddi maliyyə itkiləri ilə üzləşib və çoxsaylı fermer təsərrüfatı iflas təhlükəsi qarşısında qalıb. Onların sözlərinə görə, mövcud vəziyyət kənd təsərrüfatının bu sahəsində çalışan minlərlə ailənin gələcəyini təhlükə altına qoyur.
Fermerlər bildirirlər ki, son aylarda aidiyyəti dövlət qurumlarına çoxsaylı müraciətlər, təkliflər və xəbərdarlıqlar göndərsələr də, əsas problemlərin həlli istiqamətində nəticə əldə olunmayıb. Etirazçılar ixrac bazarlarının yenidən açılmasını, zərərçəkmiş təsərrüfatlara maliyyə kompensasiyasının ödənilməsini, baytarlıq məhdudiyyətlərinin yenidən nəzərdən keçirilməsini və heyvandarlıq sektorunun dəstəklənməsi üçün təcili tədbirlər proqramının hazırlanmasını tələb edirlər.
Rumıniya Avropa İttifaqında qoyunçuluq təsərrüfatına görə aparıcı ölkələrdən biridir və diri heyvan, ət və süd məhsullarının ixracı ölkənin aqrar sektorunda mühüm yer tutur. Sektor nümayəndələri hesab edirlər ki, mövcud böhranın uzun müddət davam etməsi həm kənd təsərrüfatı istehsalına, həm də ölkənin ixrac potensialına ciddi mənfi təsir göstərə bilər.
Qeyd edək ki, iyulun 30-na planlaşdırılan etiraz aksiyası son illərdə Rumıniyada heyvandarlıq sektorunun təşkil etdiyi ən genişmiqyaslı nümayişlərdən biri hesab olunur və təşkilatçılar hökumətlə konstruktiv dialoq başlanmayacağı təqdirdə etirazların davam etdiriləcəyini bildirirlər.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31

