Berlindəki məşhur “Adlon” hotelinin binası 280 milyon avroya satışa çıxarılır
04.08.2026 [23:24]
Almaniyanın və dünyanın ən lüks hotellərindən olan “Adlon”un binası satışa çıxarılır.
AZƏRTAC xəbər verir ki, yerli “Immobilien Zeitung” nəşrinin məlumatına görə, Berlindəki Brandenburq darvazasının qarşısında yerləşən tarixi binanın ilkin satış qiyməti 280 milyon avro müəyyən edilib. Qərarı hotelin yerləşdiyi binanın sahibi olan fondun 4 mindən çox investoru səsvermə yolu ilə verəcək. Satışın baş tutması üçün səslərin ən azı 75 faizi bunun lehinə olmalıdır. Müsbət qərar verilərsə, beynəlxalq satış prosesi başlanacaq.
Satış yalnız binaya aiddir və hotelin fəaliyyətinə təsir göstərməyəcək. “Kempinski” şirkəti 2032-ci ilin sonunadək qüvvədə olan icarə müqaviləsinə əsasən hotelin idarəsini davam etdirəcək. Buna görə də, mülkiyyət dəyişikliyi qonaqlar, əməkdaşlar və tərəfdaşlar üçün yaxın müddətdə dəyişiklik yaratmayacaq.
Hotelin tarixi 1907-ci ildən başlayır. İkinci Dünya müharibəsi zamanı ciddi zərər görən binanın qalan hissəsi 1984-cü ildə sökülüb. Almaniyanın birləşməsindən sonra bugünkü yeni bina inşa edilib. 1997-ci ildə yenidən açılan müasir “Adlon” otelində 307 otaq və 78 lüks nömrə var. Burada dövlət başçıları, kral ailələrinin üzvləri və dünya şöhrətli şəxslər qalıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

