Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib

Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib

03.09.2026 [20:12]

ABŞ Prezidenti Donald Tramp Argentina ilə Folklend adaları ətrafında suverenlik mübahisəsinin dərinləşdiyi bir vaxtda Argentinanın adalara mümkün müdaxiləsi halında Böyük Britaniyaya dəstək verməyəcəyinə işarə edib.

AZƏRTAC xəbər verir ki, Donald Tramp “GB News” telekanalına müsahibəsində Argentinanın Folklend adalarına yenidən müdaxilə edəcəyi təqdirdə ABŞ-nin Böyük Britaniyaya yardım edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

“Ölkəniz mənə kömək etmək üçün yanımda olmadı”, – deyə ABŞ Prezidenti bildirib. Tramp bununla Böyük Britaniyanın İranla müharibədə ABŞ-yə kifayət qədər dəstək vermədiyini nəzərdə tutub. ABŞ Prezidenti xatırladıb ki, 1982-ci ildə Argentina ilə Böyük Britaniya arasında Folklend adaları uğrunda baş vermiş müharibəni yaxından izləyib və Britaniyanın həmin dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.

Bununla yanaşı, Tramp hazırda Böyük Britaniyanın əvvəlki illərlə müqayisədə fərqli vəziyyətdə olduğunu söyləyib.

“Folklend məsələsi çox maraqlıdır, çünki ölkəniz 20-25 il əvvəlki ölkə deyil”, – deyə o qeyd edib.

Tramp daha əvvəl ABŞ-nin Folklend adaları üzərində Britaniyanın suverenliyinə dair mövqeyini nəzərdən keçirdiyini bildirmişdi. Folklend adaları üzərində suverenlik Böyük Britaniya ilə Argentina arasında uzun illərdir mübahisə mövzusudur. 1982-ci ildə Argentina adalara qoşun yeritdikdən sonra iki ölkə arasında təxminən 10 həftə davam edən müharibə baş verib. Münaqişə Britaniyanın qələbəsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30