Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
18.09.2026 [22:17]
Şahzadə Diananın qardaşı Çarlz Spenser iddia edib ki, Diananın ölümünün təsdiqlənməsindən az sonra o vaxt Uels şahzadəsi olan Çarlzla danışıb. O, Çarlzın səsini “həddindən artıq şən” kimi xatırladığını və həmin an onun “lotereya qalibinə” bənzədiyini düşündüyünü qeyd edib. Spenser bunun öz şəxsi təəssüratı olduğunu bildirərək, illər sonra həmin reaksiyanın Çarlzın sevdiyi qadınla evlənmək üçün özünü daha azad hiss etməsi ilə bağlı ola biləcəyini ehtimal etdiyini yazıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Spenserin tezliklə nəşr olunacaq kitabından “Daily Mail” qəzetində dərc olunan yeni hissələrdə bildirilir.
Bukingem Sarayı daha əvvəl kitabdan yayımlanan ilk hissələrə münasibət bildirib. Sarayın sözçüsü kral ailəsinin prinsip etibarilə kitabları şərh etmədiyini qeyd etsə də, yaxın insanın itkisindən yaranan kədərin hətta illər sonra belə insanın düşüncəsinə, mühakiməsinə və xatirələrinə təsir göstərə biləcəyini vurğulayıb. Kralın yeni yayımlanan iddialarla bağlı əlavə açıqlaması olmayıb. Kitabdan yayımlanan digər hissələrdə Spenser bacısı Diananın həyatının son illərində ciddi emosional çətinliklər yaşadığını və intihar barədə düşündüyünü də yazır. Onun sözlərinə görə, Diananın oğulları Uilyam və Harriyə bağlılığı bu düşüncələri həyata keçirməsinə mane olub.
Şahzadə Diana 1997-ci ilin avqustunda 36 yaşında Parisdə avtomobil qəzasında həlak olub. Çarlz və Diana 1992-ci ildə ayrılıb, 1996-cı ildə isə rəsmən boşanıblar. Çarlz 2005-ci ildə Kamilla Parker Boulsla evlənib.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

