Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ATƏT-in gecikmiş bəyanatı...

ATƏT-in gecikmiş bəyanatı...

22.08.2014 [09:40]

Yaxud, bu təşkilatın ABŞ-dakı hadisələrə loyal yanaşması onun qeyri-obyektivliyinin göstəricisidir
Məlum olduğu kimi, ABŞ-da qaradərili gəncin polis tərəfindən öldürülməsi və buna etiraz edən dinc insanların keçirdiyi aksiyalar dünya gündəminin əsas mövzularından birinə çevrilib. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, sözügedən olaylar ABŞ-la bağlı bir sıra məqamları üzə çıxardı.
Əvvəla bəlli oldu ki, Birləşmiş Ştatlarda insanlar irqi ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalırlar. Digər tərəfdən, Ferquson olayları ABŞ-da insan hüquqlarına hörmət məsələsində ciddi qüsurların olduğunu nümayiş etdirdi. Daha doğrusu, bəlli oldu ki, özünü demokratiyanın beşiyi hesab edən, müstəqil xarici siyasət yürüdən ölkələrə qarşı “demokratiya”, “insan hüquqları” məsələsindən təzyiq vasitəsi kimi istifadə edən ABŞ nədənsə öz daxilində insan hüquqlarını kobudcasına pozur. Hər halda qaradərili gəncin polis tərəfindən öldürülməsinə qarşı keçirilən dinc etiraz aksiyalarının polis tərəfindən xüsusi zorakılıqla dağıdılması və bu zaman gözyaşardıcı qazdan və rezin güllədən istifadə edilməsi, həmçinin, aksiyaya çıxan daha bir qaradərili vətəndaşın qətlə yetirilməsi buna sübutdur. Hələ bu azmış kimi, bu aksiyaları işıqlandıran KİV nümayəndələri də təzyiqlərə, həbslərə məruz qalırlar. Son olaylarla bağlı ortaya çıxan üçüncü məqam isə polis zorakılığı, daha dəqiq desək, Birləşmiş Ştatlarda polisin əl atdığı zorakılıqlardan vətəndaşların artıq təngə gəldiyinin məlum olmasıdır.
Nəhayət, bəhs edilən məsələ ilə bağlı diqqətçəkən məqamlardan biri də beynəlxalq təşkilatların ABŞ-da baş verən proseslərlə bağlı susqunluq nümayiş etdirməsi, yaxud da belə demək mümkünsə proseslərə loyal etiraz etmələridir. Məsələn, hadisələrdən, polis zorakılıqlarından yalnız bir neçə gün sonra ATƏT tərəfindən gecikmiş və çox loyal bir bəyanat səsləndirilib. Özü də bu bəyanat təşkilatın media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç tərəfindən verilib. Belə ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin yazılı açıqlamasında Birləşmiş Ştatlarda 18 yaşlı qaradərili gənc Maykl Braunun polis tərəfindən öldürüldüyü Missuri ştatının Ferquson şəhərindəki nümayişlərdə jurnalistlərin həbs edilməsi pislənilir: “Ferqusondakı hadisələrlə bağlı xəbər hazırlayan jurnalistlərin azad və təhlükəsiz şəkildə çalışa bilməsinin təmin olunmasını istəyirəm”.
ATƏT nümayəndəsinin açıqlamasında bir neçə jurnalistin saxlanıldığı, bəzilərinə qarşı gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir. Dunya Miyatoviç bəyan edib ki, təhlükəsizlik qüvvələri ictimai asayişi təmin edərkən xalq etirazlarını işıqlandıran jurnalistlərin hüquqlarını unutmamalı, media nümayəndələri polis tərədindən təhdid edilməməlidir.
Göründüyü kimi, bu bəyanatda yalnız media nümayəndələrinin hüquqlarından bəhs edilir. Dinc insanların aksiyalarının dağıdılması, həmçinin, bu zaman baş verən polis zorakılığına qarşı isə ATƏT tərəfindən heç bir reaksiya bildirilmir. Əksinə, Dunya Miyatoviçin bəyanatında bu hadisə “təhlükəsizlik qüvvələri tərəfindən ictimai asayişin təmin edilməsi kimi” xarakterizə olunur. Bu fakt isə sözügedən təşkilatın demokratiya və insan haqları məsələsinə hansı prizmadan yanaşmasının növbəti göstəricisidir. Daha dəqiq desək, bu olaylara yanaşma da biri daha sübut etdi ki, ATƏT bu kimi məsələlərdə ikili standartlardan çıxış edir və ölkələr arasında fərq qoyur. Bir sıra hallarda bir ölkədəki kiçik məsələ şişirdilir, digər ölkədəki ciddi problemlərin üzərindən isə sükutla keçilir.
Ümumiyyətlə, son illər ABŞ-da, həmçinin, bəzi Avropa dövlətlərində insan haqlarının pozulması hallarına tez-tez rast gəlinsə də, özlərini insan hüquqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT bu hallara qarşı susqunluq nümayiş etdirirlər. Başqa sözlə desək, özlərini “demokratiyanın beşiyi” hesab edən bəzi ölkələr bir qədər də irəli gedərək başqa ölkələri “insan hüquq və azadlıqlarına hörmət etməyə”, “demokratik dəyərlərə əməl etməyə” çağırmağa, bu yolla həmin ölkələrin daxili işlərinə qarışmağa haqlarının olduğunu düşünürlər. Halbuki, bir çox Avropa xalqlarının tarixində yaşanan irqçilik, dini ayrı-seçkilik, kütləvi qırğın və soyqırımları kimi olaylar, bu gün isə regionda “dirçəliş” dövrünü yaşayan neonasizm və irqçilik, dini dözümsüzlük, ksenofobiya əhval-ruhiyyəsi, həmçinin, bu müstəvidə baş verən bir sıra cinayətlər bəhs edilən ölkələrin özlərində insan hüquq və azadlıqları ilə bağlı kifayət qədər problemlərin olduğunu göstərir.
Amma bu tip hadisələrə, həmçinin, ABŞ olaylarına loyal yanaşma bir sıra beynəlxalq təşkilatların, o cümlədən, ATƏT-in müəyyən güclərin əlində alətə çevrildiyini və həmin güclərin göstərişləri ilə hərəkət etdiklərini sərgiləyir. Hər halda ATƏT-in ABŞ-dakı hadisələrə yanaşması, zorakılıqlara mülayim münasibət sərgiləməsi bu reallığı bir daha ortaya qoydu.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1057 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31