Suriya böhranının yaratdığı mürəkkəb vəziyyət və Türkiyənin Yaxın Şərq siyasəti
17.10.2015 [13:10]
Yaxın Şərqdə gedən proseslərə Türkiyənin regional aktor və NATO üzvü kimi münasibəti və sərgilədiyi mövqe önəm daşıyır. Sirr deyil ki, Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması iki ölkə münasibətlərində Yaxın Şərqdəki olaylara fərqli yanaşmadan irəli gələn soyuqluğun gərginliyə çevrilməsinə səbəb olub. Üstəlik, Rusiya hərbi təyyarələrinin Türkiyənin hava sərhədlərini pozması münasibətlərə bir qədər də mənfi təsir edən faktor kimi çıxış edib.
Türkiyə-Rusiya münasibətlərini hansı aqibət gözləyir?
Məlumdur ki, Suriyadakı konfliktə münasibətdə özünü göstərən Ankara və Moskvanın barışmaz mövqeyi Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması məsələsi ilə sıx bağlıdır. Türkiyə hökuməti Əsədin rəhbərliyi altında heç bir siyasi prosedurun aparılmasını istəmir, onun hakimiyyətdən dərhal getməsinin vacibliyi üzərində dayanır. Rusiya tərəfi isə Əsədin hakimiyyətinə son qoymadan ölkədə siyasi dialoq və uzlaşma prosesinin başlamalı olduğunu, Əsədin siyasi taleyinin isə proseslərin gedişatından asılı olaraq Suriya xalqının iradəsi əsasında müəyyənləşməli olduğunu bildirir.
İŞİD-in niyyətinin, sadəcə, Əsədi devirmək deyil, həm də bütün regionu əhatə edən xilafət dövləti yaratmaq olması onu Türkiyə üçün də təhlükəyə çevirdi. Əslində, İŞİD-lə mübarizə ortaq maraq kimi Türkiyə ilə Rusiya arasında müəyyən yaxınlaşma yaratmalı idi. Lakin iki ölkənin zidd maraqları və Suriyanın gələcəyi ilə bağlı fərqli ssenariləri olan əks cəbhələrdə yer alması belə bir yaxınlaşmaya mane olur.
Ümumiyyətlə, son illərdə Türkiyənin Yaxın Şərq siyasətinin ABŞ-ın bölgədəki siyasəti ilə ahəng təşkil etdiyi özünü göstərir. Hazırda Suriya məsələsində eyni cəbhədə dayanan Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının təhlükəli nəticələri barədə Moskvaya dəfələrlə xəbərdarlıq ediblər. Türkiyə, Səudiyyə Ərəbistanı və ABŞ Suriyadakı mötədil müxaliflərə hərbi yardımları artıracaqlarını bəyan ediblər. Onların “mötədil üsyançı” adlandırdığı qüvvələrin bir hissəsi “ən-Nusra cəbhəsi” və digər bu kimi terrorçu təşkilatlardan ibarətdir. İŞİD-lə yanaşı, məhz həmin qruplaşmalar da Rusiya hərbi əməliyyatlarının hədəfinə çevrilir.
Siyasi məsələlərdəki ziddiyyətlərə baxmayaraq, Türkiyə ilə Rusiya arasında mövcud olan geniş iqtisadi əlaqələr qorunur. Türkiyəli analitiklər bunu Rusiyanın Türkiyədən asılı olması ilə izah edirlər. Çünki Ukrayna böhranı ilə əlaqədar Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Rusiya təbii qaz ixrac etdiyi Türkiyəyə beynəlxalq bazarlara çıxış vasitəsi kimi baxır. Bununla belə, Ukrayna ilə münasibətlərin pisləşməsi ilə əlaqədar “Cənub axını” layihəsinin iflasa uğramasından sonra Rusiya qazının Avropaya Türkiyə ərazisindən əlavə çıxış marşrutu kimi “Türk axını” layihəsini irəli sürmüşdü. Lakin bu layihə də son hadisələrdən sonra Rusiyanın layihədə nəzərdə tutulan 4 kəmərdən 2-sini tikməyəcəyini bəyan etməsi ilə əlaqədar dalana dirənib. Bununla belə, Rusiyanın gec-tez iqtisadi reallıqları nəzərə alacağı və Türkiyə ilə daha sıx əməkdaşlığa üz tutacağı da istisna edilmir (bax: Rusya Türkiye’yi karşısına alabilir mi? / “Yeni Şafak”, 8 oktyabr 2015).
Türkiyəni əhatə edən təhlükə böyüyür
Hazırda İŞİD və PKK istiqamətlərində iki cəbhədə savaşan Türkiyənin durumu kifayət qədər mürəkkəbdir. İŞİD və digər terrorçu qrupların Suriyadan sıxışdırılması onların üzvlərinin bir qisminin Türkiyə ərazisində sığınacaq axtarışına gətirib çıxara bilər. Bu isə Türkiyənin daxili sabitliyi üçün əlavə təhlükələr yarada bilər. Ölkədə 1 noyabr parlament seçkilərinin yaxınlaşdığı, daha irəlidə isə hökumətin formalaşdırılması prosesinin dayandığı bir vaxtda bu təhlükələr ölkənin həssas ictimai-siyasi durumuna mənfi təsir göstərə bilər. Regiondakı qarışıqlıqdan isə PKK terror təşkilatının fəal şəkildə yararlanmağa çalışdığı özünü göstərməkdədir.
Həmçinin Suriyadakı proseslər də son illərdə Türkiyənin zərərinə dəyişib. Xatırladaq ki, Əsəd hakimiyyətinə qarşı daxildən silahlı mübarizənin başlandığı ilk vaxtlardan etibarən qiyamçıların tərəfində döyüşmək üçün ölkəyə xaricdən yüzlərlə, minlərlə könüllü daxil oldu. Qərbin “üsyançılar” adlandırdığı bu qüvvələrə ABŞ-dan və Körfəz ölkələrindən maliyyə, hərbi texnika, silah-sursatla təchiz edildi, ABŞ rəsmilərinin son günlərdə dəfələrlə etiraf etdikləri kimi, Mərkəzi Kəşfiyyat İdarəsi antiəsəd döyüşçülərinə təlimlər keçməyə başladı, Türkiyənin isə Suriya ilə sərhədində nəzarəti gücləndirməməsi “cihad” adı altında silahlı dəstələrə qoşulmaq istəyənlərin ölkə ərazisinə rahatlıqla keçməsinə imkan yaratdı. “Azad Suriya Ordusu” adlandırılan qrupların böyük hissəsinin 2014-cü ildə birdən-birə İŞİD şəklində meydana çıxması isə bütün region, eləcə də Türkiyə üçün təhlükəsizliklə bağlı əlavə problemlər yaratdı.
Baş verənlərlə bağlı bir məqamı qətiyyətlə söyləmək mümkündür ki, Suriyadakı konflikti “vətəndaş müharibəsi” adlandırmaq doğru deyil. Terrorçu qruplaşmalara qoşulan xarici ölkələrdən gələn könüllülərdən başqa, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın 11 üzv ölkəsinin iştirakı ilə Suriyada bombardmanlar və digər hərbi əməliyyatlar icra olunub. Paralel olaraq, əks tərəfdən Rusiya və İranın Əsəd hökumətinə birbaşa və dolayı hərbi dəstəyi Suriyadakı münaqişənin beynəlxalq xarakter aldığını göstərir. Bu münaqişədə isə Türkiyənin qonşuluqda yerləşən ölkələrlə münasibətləri mürəkkəbləşib.
Bəzi ekspertlərin fikrincə, Türkiyə əvvəlki dövrlərdə Yaxın Şərqdəki qonşuları ilə müəyyən problemlər yaşasa da, indiki kimi tənha vəziyyətdə qalmayıb. 2000-ci illərə qədər Türkiyənin ərəb ölkələri və Balkan dövlətləri ilə münasibətlərində tarixi əlaqələrə verilən önəmdən irəli gələn balanslılıq qorunub saxlanıb. Dünyəvi əsasda idarəçilik sayəsində əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Türkiyə Yaxın Şərqdəki məzhəb qarşıdurmalarından uzaq dura bilib. Həmin dövrə qədər Türkiyənin ərəb ölkələri ilə münasibətləri onlardan hər birinin fərdi xüsusiyyətlərinin nəzərə alınması və üçüncü ölkələrin maraqlarına zərər vurmadan qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanıb, Türkiyə bu ölkələrin daxili işlərinə müdaxilə siyasəti yürütməyib. Lakin son illərdə Türkiyənin bu siyasi xətdən qismən ayrılması onun Yaxın Şərqdəki qonşuları ilə münasibətlərini pisləşdirib. Bu vəziyyətdən çıxış üçün xarici siyasətdə dəyişiklik edilməsi isə zərurət təşkil edir (bax: Orta Doğu ve Türk Dış Politikası / “Uluslararası Stratejik Araştırmalar Kurumu”, 28 sentyabr 2015).
Suriyada baş verənlərin əsas etibarilə Qərb-Rusiya qarşıdurması olduğu özünü aydın göstərir. Bu vəziyyətdə Türkiyə hökumətinin qarşısında dayanan əsas vəzifə dövlətin təhlükəsizliyini və milli maraqlarını qorumaq, regiondakı mənafelərini həyata keçirmək istəyən Qərbin əlində ölkənin vasitəyə çevrilməsinə imkan verməməkdir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

