Ermənistanda vətəndaş müharibəsi qaçılmazdır
13.08.2016 [10:11]
Beynəlxalq insan hüquqları təşkilatları isə işğalçı ölkədə baş verənlərə münasibət bildirməyə tələsmirlər
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. Odur ki, ekspertlər hadisələrin bu məcrada davam edəcəyi təqdirdə Ermənistanda vətəndaş müharibəsinin qaçılmaz olduğunu proqnozlaşdırırlar. Burada diqqət çəkən əsas məqam isə ondan ibarətdir ki, beynəlxalq insan hüquqları təşkilatları Ermənistanda baş verənlərə münasibət bildirməyə tələsmirlər.
Əslində, Ermənistanda hakimiyyətin Serj Sarkisyan tərəfindən zəbt olunması, dəfələrlə saxta seçkilər və referendumlar keçirərək hakimiyyətinin ömrünü uzatmağa cəhd etməsi, ölkədə kriminal rejimin mövcudluğu, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, məhz bu səbəbdən də ziyalı təbəqənin işğalçı ölkədən miqrasiya etməsi həmin hüquq müdafiə təşkilatlarına çoxdan bəllidir. Görünür, həmin təşkilatlar da təmsil etdikləri ölkələrin maraqlarından çıxış edərək Ermənistanda cərəyan edən hadisələrə adekvat münasibət bəsləyirlər. Necə ki, ötən ay biz bir daha bunun şahidi olduq. Əlbəttə ki, burada söhbət iyulun 17-də Yerevanda müxalifyönlü “Sasunun igidləri” (“Sasna Tsrer”) qruplaşması üzvlərinin paytaxt Yerevandakı polis polklarından birinə silahlı hücum etməsi, aralarında hətta general belə olmaqla, polis əməkdaşlarının girov götürülməsi, Serj Sarkisyanın istefasını tələb etmələrindən gedir. Əgər belə olmasaydı, iki həftə davam edən silahlı üsyandan sonra Serj Sarkisyanın etirazçılara divan tutması - insidentin silah gücünə yatırılması bu zaman isə üsyançılarla yanaşı onların siravi tərəfdarlarının da həbsxanalara doldurulması beynəlxalq hüquq müdafiəsi təşkilatları tərəfindən ən azından qınaq obyektinə çevrilməli idi. Lakin hadisədən təqribən bir ay keçməsinə baxmayaraq, hələ ki, bu təşkilatlardan hər hansı bir səs-səmir eşidilmir. Halbuki işğalçı ölkədə Sarkisyana qarşı etiraz silah gücünə, zərərli və gözyaşardıcı qaz bombaları, qadağan olunmuş silahlardan istifadə edilməklə yatırılmışdı.
Burada qəribə bir məqam var. Əgər oxşar hadisə Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya dövlətlərindən hər hansı birində baş vermiş olsa idi, indi həmin beynəlxalq təşkilatlar “ölkədə insan hüquqları kobud şəkildə pozulur”, - deyə çoxdan bar-bar bağırmış, bəyanatlar yaymışdılar. Məsələ Ermənistana gəlincə isə, sanki hər şeyə başqa bir rakursdan baxılır, bu ölkədə cərəyan edən hadisələrə loyallıq nümayiş etdirilir. Bu, təkcə insan hüquqları təşkilatlarına aid deyil, elə nüfuzlu beynəlxalq siyasi təşkilatlar da Ermənistana münasibətdə fərqlilik nümayiş etdirirlər. Bütün bunlar isə Serj Sarkisyana ölkədə kriminal rejimin fəaliyyətini daha da gücləndirməyə və genişləndirməyə, insan hüquq və azadlıqlarını məhdudlaşdırmağa bir növ stimul verir. Əgər belə olmasaydı, ölkədə mövcud olan indiki gərgin bir zamanda Serj Sarkisyan Braziliyada keçirilən Yay Olimpiya Oyunlarına tamaşa etməyə tələsməzdi. “Nyus.am” saytı yazır ki, Serj Sarkisyan avqustun 10-da Moskvada həmkarı Vladimir Putinlə görüşündən sonra vətənə dönməyərək, oradan birbaşa Rio-de-Janeyroya gedib. Səbəb isə Oyunlarda iştirak edən erməni idmançılara dəstək olmaqdır. Halbuki, Ermənistan Yay Olimpiya Oyunlarında ən az sayda idmançılarla təmsil olunan ölkələrdəndir - cəmi 33 idmançı. Və Oyunların başlamasından 8 gün ötməsinə baxmayaraq, Ermənistan hələ də Olimpiya medalı qazanmayan ölkələr sırasında qərarlaşıb və yalnız ölkənin adındakı ingilis əlifbasındakı “A” hərfinin hesabına, digər ölkələri qabaqlayaraq 0 xalla 64-cü sıradadır.
Təbii ki, bütün bunlar Ermənistan cəmiyyətində də qıcıq yaradır. Odur ki, ekspertlərin fikrincə, erməni idmançısının Rioda medal almasını görmək, ola bilsin ki, heç Serj Sarkisyana qismət də olmasın. Və o, Braziliyaya səfərindən yarımçıq geri dönsün. Çünki yerli analitiklər belə hesab edirlər ki, “Sasna tsrer”in ötən ay ölkədə başlatdığı qığılcım öz işini görməkdədir və ola bilsin tezliklə həmin qığılcımdan alov da doğmuş olsun. Bu proqnozların nə dərəcədə doğru olduğunun isə yəqin ki, çox yaxın zamanlarda şahidi də olarıq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35

