Növbədənkənar parlament seçkiləri Ermənistanda heç bir problemi həll etməyib
06.07.2021 [09:09]
Məlum olduğu kimi, müxalifətin 20 iyun parlament seçkilərinin yekun nəticələrindən konstitusiya məhkəməsinə (KM) şikayət etməsi Ermənistanda vəziyyəti daha da gərginləşdirib. Belə ki, qazandıqları mandatdan imtina etməsələr də, parlamentdə təmsil olunmaq hüququ qazanan müxalifət bloklarının KM-ə müraciəti yeni hökumətin formalaşmasına maneə törədir. Ermənistan mediası yazır ki, seçkilərin keçirilməsi məğlub ölkədə siyasi sabitliyin təmin olunmasına gətirib çıxarmayıb, vəziyyətin müsbət istiqamətdə dəyişməsinə təsir etməyib.
Məğlub ölkədə hazırda mövcud olan vəziyyəti dəyərləndirən “Respublikaçı” partiyasının sədr müavini Armen Aşotyan deyib ki, bundan sonra Ermənistan üçün daha çətin olacaq. “Panorama.am” yazır ki, A.Aşotyanın sözlərinə görə, parlament seçkiləri ölkə üçün vəziyyətdən çıxış yolu deyil, əksinə Ermənistanda daha bir ağır dövrün başlanğıcıdır: “Məqsədlər fərqli idi, bunlardan biri yenilənmiş legitim mandata malik hakimiyyətin formalaşmasına sahib olmaq idi. Bu seçkilər Ermənistan Respublikasının siyasi gələcəyi ilə əlaqəli olan heç bir məsələni həll etmədi”.
Xatırladaq ki, “Respublikaçı” partiyasının da təmsil olunduğu “Şərəfim var” bloku da seçkilərin nəticələrinin ləğv edilməsi üçün KM-ə müraciət edib.
Buna baxmayaraq, hakimiyyət hələ də seçkilərdə əldə etdiyi qələbəni qeyd edir. “Past” qəzet yazır ki, hakim komandanın nümayəndələri və hakim fraksiyanın deputatları bu günlərdə bölgələrdə ziyafət məclisləri təşkil edirlər.
Bu arada, “Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, hakim komandada, o cümlədən keçmiş “Mənim addımım” fraksiyasında ciddi ajiotaj hökm sürür. Əsas səbəb odur ki, növbədənkənar parlament seçkilərindən sonra rəhbərlikdən heç kim onlarla görüşməyib və gələcək fəaliyyətləri barədə müzakirə aparılmayıb: “Əldə etdiyimiz məlumata görə, deputatların çoxu kadr dəyişikliyi barədə mətbuatdan məlumat aldıqlarına görə bu vəziyyətdən narahatdırlar”.
Qəzet onu da yazır ki, hakim fraksiyanı ətrafında birləşdirə biləcək namizəd hələ tapılmayıb.
Göründüyü kimi, növbədənkənar parlament seçkiləri Ermənistanda heç bir problemin həllinə kömək etməyib. Ekspertlərin fikrincə, seçkilərin nəticələri Paşinyanın hakimiyyətinin möhkəmlənməsinə xidmət etsə də, xaos və gərginliyin aradan qalxmasını təmin etməyib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

