Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilə

Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilə

22.09.2026 [12:23]

Sentyabrın 22-də Moldova parlamenti enerji və hidrologiya sektorlarında fövqəladə vəziyyət elan edilməsi qərarı ilə əlaqədar təcili iclas keçirəcək.

AZƏRTAC xəbər verir ki, “NewsMaker”in “European Pravda” qəzetinə istinadla verdiyi məlumata görə, bu barədə Moldova parlamentinin spikeri İqor Qrosu bildirib.

Spiker qeyd edib ki, hökumət nümayəndələri parlament üzvlərinə fövqəladə vəziyyət elan etmək üçün müraciət edəcəklər. O əlavə edib: “Hökumət bütün arqumentlərini təqdim edəcək. Təcili qərarlar qəbul etmək lazımdır, əhalinin enerji, su və yanacaqla təminatı üçün bütün vasitələrdən istifadə olunmalıdır”.

Parlament müzakirələrindən əvvəl hökumətin iclası da keçiriləcək.

Prezident Maya Sandu əvvəllər Moldovada enerji və hidrologiya sektorlarında fövqəladə vəziyyət elan edilə biləcəyini bildirmişdi.

Onun sözlərinə görə, hökumət ən gözlənilməz vəziyyətlərdə çevik reaksiya verə bilməlidir. Yanacaq tədarükü ilə bağlı təcili qərarlar qəbul edilməli, Dnestrdə suyun səviyyəsi düşməyə və ya yanacaq qiymətləri artmağa davam edərsə, müvafiq tədbirlər görülməlidir.

Yayda Moldova qonşu Rumıniyada Dunay çayının səviyyəsinin kritik dərəcədə aşağı olması, həmçinin ölkənin əsas su mənbəyi olan Dnestrin səviyyəsinin azalması səbəbindən elektrik enerjisi istehsalında problemlərlə üzləşib.

 

 

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30