Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanda yanğınlar səbəbindən yaralananlar var

Qazaxıstanda yanğınlar səbəbindən yaralananlar var

04.09.2022 [15:20]

Qazaxıstanın şimalında yanğınlar səbəbindən 6 sərnişin və 11 yük qatarı gecikir.

"Report" xəbər verir ki, bu barədə "Vlast.kz" məlumat yayıb.

Yanğınlar nəticəsində 10-a yaxın insan müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ümumilikdə yanğınlar 108 binaya ziyan vurub. Son məlumata görə, yanğın sahəsi 9 400 hektardır.

Bu arada Qazaxıstan Baş Prokurorluğu Kostanay vilayətində baş verən yanğınlarla bağlı araşdırmalara başlayıb.

Müdafiə Nazirliyi isə Kostanay vilayətində meşə yanğınları ilə mübarizəyə hərbi qulluqçuların cəlb edilməsi barədə göstəriş verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kostanay vilayətinə gözlənilən işgüzar səfəri zamanı əməliyyat qərargahına baş çəkməyi və meşə yanğınlarının aradan qaldırılması üçün görülən tədbirlərlə tanış olmağı planlaşdırır.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30