Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pirotexnika anbarında partlayış olub, 9 nəfər həlak olub

Pirotexnika anbarında partlayış olub, 9 nəfər həlak olub

29.07.2023 [20:21]

Tailandın Malayziya ilə sərhədində yerləşən Narathivat əyalətinin cənubundakı Sunqaykolok şəhərində pirotexnika anbarında güclü partlayış olub, nəticədə azı 9 nəfər ölüb, yüzdən çox insan yaralanıb.

Bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində yerli ticarət mərkəzinə, bazara və 150 evə xeyli ziyan dəyib, bəzi yaşayış binaları tamamilə dağılıb. Yanğınsöndürmə briqadaları partlayışdan sonra genişlənməyə başlayan yanğının qarşısını alıb.

Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Regional hakimiyyət orqanları tibbi, psixoloji və humanitar yardımların göstərilməsi üçün məntəqələr yerləşdirib.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30