ÜST-nin başçısı: Dünya yeni pandemiyaya hazır deyil
13.02.2024 [13:58]
COVID-19-dan aldığımız ibrət dərsləri unudula bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda başqa böhranlar üzərində cəmləşib, dünya yeni pandemiyaya hazır deyil.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Dubayda keçirilən Ümumdünya Hökumət Sammitindəki çıxışında bildirib. O bəyan edib ki, bəşəriyyət gec-tez yeni “X xəstəliyi” ilə üz-üzə qalacaq və buna artıq indidən hazırlaşmaq lazımdır.
“COVID-19 pandemiyasından aldığımız ağrılı-acılı dərslər unudulmaq riski qarşısındadır, çünki diqqət dünyamızın qarşılaşdığı digər çoxsaylı böhranlara yönəlir”, - deyən Qebreyesus xəbərdarlıq edib ki, bu, onlara növbəti dəfə baha başa gələcək. Onun sözlərinə görə, söhbət yeni pandemiyanın baş qaldırıb-qaldırmayacağından yox, bunun nə vaxt baş verəcəyindən gedir. “İşlərin hazırkı vəziyyəti ilə bağlı dünya əvvəlki kimi növbəti “X xəstəliyi”nə və daha bir pandemiyaya hazır deyil. Əgər bu, sabah baş verərsə, o halda dünya COVID-19-la bağlı vəziyyətdəki kimi eyni problemlərin əksəriyyəti ilə qarşılaşardı”, - deyə ÜST-nin başçısı bildirib.
Baş direktor onu da qeyd edib ki, yeni pandemiya qrip virusu və ya daha bir koronavirusla, yaxud da hətta bilmədiyimiz yeni patogen ilə, - buna görə biz onu “X xəstəliyi” adlandırırıq, - yarana bilər. Qebreyesus xatırladıb ki, “X xəstəliyi” terminini ÜST-də ilk dəfə 2018-ci ildə barəsində mütəxəssislərə heç nə məlum olmayan, lakin buna hazırlaşmaq lazım olması barədə xəstəliyi işarələmək üçün istifadə olunub. “COVID-19 “X xəstəliyi” idi – yeni xəstəliyə səbəb olan yeni patogen idi”, - deyə ÜST-nin başçısı izah edib.
Bununla bağlı Qebreyesus pandemiyalara hazırlıq barədə beynəlxalq Sazişin işlənib hazırlanması üzrə ÜST-də aparılan məsləhətləşmələrin gedişində yaranan fikir ayrılığını adlatmağa çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

