Yazıçı yetişdirmək
09.05.2026 [08:51]
Mümkündür, amma olmaz...
Əgər Bakı əncirinin tingini Kəlbəcər dağlarında əksək, bitməyəcək. Durub həmin tingin birini də aşağılara - Tərtərə, Ağdərəyə endirsək, boy verəcək, ağac olacaq, məhsuldarlıq da göz oxşayacaq - məhz göz oxşayacaq, di gəl, Bakı ənciri olmayacaq. Nə illah edirlər, Bığır narı Abşeronda çürüyür, Naxçıvan göycəsinə bütün aqrotexniki xidmət və digər tələb olunan gübrələr verilsə də öz coğrafi ərazisindən kənarda dadını-duzunu itirir. İnsan elə deyil, uyğunlaşması daha çevik baş verir...
Bəlkə buna görə, sovet hökuməti yazıçı, şair “yetişdirə” bilirdi? Bu da sualdır: yetişdirə bildimi? Bəzən köklər öz “DNA”sını qoruyub saxlamaq üçün torpağın müxtəlif qatlarında mürəkkəb “kombinasiyalara əl ata” bilir. Necə ki, sovet ədəbiyyatının əksər görkəmli müəllifləri buna cəhd etdi, Ədəbiyyat yaratdı...
Ekstremal situasiyalar hal dəyişdirə bilir. Nəticələr gözlənilməz olur. Sovetlərdə də belə alındı. Pis, yaxşı, məhsuldarlıq var. Fəqət, sovetlərin bu çeşnisi müasir Qərbə də keçməyə? Son otuz ildə, Qərbdən dünyaya - yazıçı yetişdirmək cəhdləri sürətlə artıb. Qlobal nəşriyyatlar kitab sənayesini daha da industriallaşdırmaq üçün əsas həlqəni - yazıçını süni şəraitdə, inkubasiya şərtləri daxilində yetişdirməyə çalışıb. Budur, bir-birini təkrarlayan mətnlər, harada olmasına, hansı mədəniyyəti daşımasına baxmayaraq, eyni cür düşünən, ağrıyan, görən və hər şeyi təxminən eyni tərzdə fiksasiya edən müəlliflər ordusu göz qabağındadır. Bunun bir ucu qlobal istehlakçılıqdan qaynaqlansa da digər ucu məhz “yetişdirmə”dədir...
Əlbəttə, master-klaslar, müxtəlif səviyyəli, ödənişli kurslar bəzən özlərini keçmişdən gələn ədəbi məclislərin, hərəkat və fəlsəfi cərəyanların genetik davamçıları hesab edirlər. Əvvəlki dövrlərdə istər cərəyanlar, istərsə də məclislər Ədəbiyyata ayrıca, danılmaz faydalar verirdi. Fəqət, sırf kommersiya istiqamətli “yaradıcı” “yazıçı” yetişdirmək bozludur. Olsun, bu, Ədəbiyyatı təklənməyə, arınmağa sövq edir. Yaxşı ki, belədir: Ədəbiyyat da bundan sonra nə edəcəyinə özü qərar verəcək...
Məsələ burasındadır ki, ödənişli kurslarda pinəçidən tutmuş peşəkar jurnalistə qədər hər cür peşə adamı yetişdirmək olar. Hətta yazı qabiliyyətlərinin artırılması üçün gözəl ölkəmizin əsasən şifahi düşünən gözəl insanlarının yazı qabiliyyətlərinin artırılması istiqamətində əvəzsiz xidmətlər də göstərmək mümkündür. Bircə, “yazıçı” “yaradıcı” yetişdirmək israr edilməsin.Bakı ənciri kimi, yad ərazidə bitməyəcək. Bitsə də yalandan göz oxşayacq. Bizə ədəbiyyatın dadı və faydası lazımdır, yoxsa siması, görünüşü? Bu suallara da zaman cavab verəcək...
“Mədəniyyət -2040” konsepsiyası çərçivəsində bu suallara da cavab tapmağa çalışmamalıyıqmı? Yazıçı yetişdirməkdənsə, proses yetişdirilməməlidir? Bəlkə yazıçı çayır otu olmalıdır? Yoxsa, broyler toyuqlara bənzəməyəcək?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

