Nadir şah Əfşara həsr olunan daha bir kitab işıq üzü görüb
05.06.2014 [08:49]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində hüquq elmləri üzrə fəlsəfə doktoru, Milli Məclisin sabiq deputatı Cahangir Hüseynovun Nadir Şah Əfşarın 325 illiyinə həsr etdiyi “Azərbaycan Nadir Əfşar dövləti” elmi-publisistik kitabının təqdimat mərasimi keçirilib. Kitabda Şərqin sonuncu fatehi Nadir şah Əfşarın həyatı, Azərbaycanın və İranın böyük bir hissəsini işğal edən osmanlılara və əfqanlara qarşı apardığı müharibələri, nəhayət, şahlıq taxtına oturması kimi əməli fəaliyyətinin bir sıra məqamları çoxsaylı tarixi faktlar əsasında araşdırılaraq oxuculara çatdırılıb.
Tədbirdə çıxış edən Azərbaycan Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov “Nadir şah xalqın içindən çıxmış, qorxmaz bir sərkərdə, dövlət qurucusudur. Nadir şah sonuncu fatehdir ki, Şah İsmayıl Xətaidən sonra Azərbaycan dövlətini vahid şəkildə birləşdirməyə nail olub. Təsadüfi deyil ki, Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı. Ümumiyyətlə, hesab edirəm ki, müəllif uzun illər apardığı tədqiqatların nəticəsində mükəmməl bir əsər ortaya qoyub”, - deyib.
Kitabın müəllifi Cahangir Hüseynov isə kitabı yazmaq üçün müxtəlif ölkələrin muzeylərində, kitabxanalarında olduğunu, Nadir şah haqqında məlumatları araşdırdığını vurğulayıb: “4 il Azərbaycan Milli Elmlər Akademiyasında işləməklə tarixi ədəbiyyatla yaxından təmasda oldum. Nadir şah barəsində internetdə və müxtəlif ölkələrdə nə qədər əlyazmalar varsa, hamısını toplamaq qərarına gəldim, uzun müddət araşdırma apardım. Türklərin 4 min illik tarixini araşdırdım və şahidi oldum ki, bizim zəngin tariximiz var. Gördüm ki, biz 22 imperiya, 49 dövlət yaratmış və ən qədim dövlətçilik ənənələri olan xalqıq”.
Digər çıxışçılar da kitabın Azərbaycan tarixçiliyindəki yerindən və önəmindən bəhs ediblər. Sonra Məşhəd şəhərində yerləşən Nadir Şah Muzeyi ilə bağlı videoçarx nümayiş etdirilib.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55

