/ / Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09.07.2012 [23:25]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinə və bütün Rusiya xalqına başsağlığını çatdırıb.
Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi yüksək dövlət vəzifəsinə seçilməsi münasibətilə Sergey Narışkini təbrik edən Prezident İlham Əliyev onun ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirib və bunu ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası və digər sahələrdə mövcud uğurlu əməkdaşlığın təzahürü kimi dəyərləndirib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini və bu münasibətlərin çoxəsrlik əməkdaşlıq tarixinə, dostluq və qarşılıqlı dəstəyə əsaslandığını vurğulayıb.
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana səfərinin ölkələrimiz arasında qarşılıqlı siyasi əlaqələrin, iqtisadi, humanitar, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. Dövlətimizin başçısı səfərin uğurlu olacağına əminliyini bildirib.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar verdiyi başsağlığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycan Milli Məclisinin dəvətinə əsasən Rusiya Federasiyası Dövlət Dumasının sədri vəzifəsində ilk dəfə olaraq böyük parlament nümayəndə heyəti ilə respublikamıza səfər etdiyini vurğulayan Sergey Narışkin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib və bu əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd edib.
Görüşdən sonra Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin və Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təltif edilməsi mərasimi olub.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sergey Narışkinin Rusiya Federasiyası Baş nazirinin müavini, hökumətlərarası birgə komissiyanın həmsədri, Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri vəzifələrində çalışarkən, hazırda isə Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, humanitar və digər sahələrdə daha da möhkəmləndirilməsi işində fəal rol oynadığını xüsusi vurğulayıb.
Dövlətimizin başçısı bildirib ki, Sergey Narışkinin rəhbərliyi ilə hökumətlərarası birgə komissiya səmərəli fəaliyyət göstərərək iqtisadi xarakterli mühüm məsələlərin həllinə nail olub. Prezident İlham Əliyev qeyd edib ki, həmçinin Sergey Narışkinin uğurlu fəaliyyəti nəticəsində Rusiya-Azərbaycan humanitar forumu Beynəlxalq Humanitar Foruma çevrilib, Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlayıb.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası əlaqələrin inkişafında və möhkəmləndirilməsi işində xüsusi xidmətlərinə görə Sergey Narışkinin Azərbaycanın yüksək mükafatlarından birinə - “Dostluq” ordeninə layiq görüldüyünü deyib və mükafatı ona təqdim edib.
Sergey Narışkin Azərbaycanın yüksək mükafatlarından birinə -”Dostluq” ordeninə layiq görülməsini Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi işinə verilən qiymət kimi dəyərləndirib. O, bu əməkdaşlığın və dostluğun gələcək illərdə də davam etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu bildirən Prezident İlham Əliyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun uzun illər bu sahədə ölkələrimizin və xalqlarımızın yaxınlaşması istiqamətində fəal işlər apardığını qeyd edib. Dövlətimizin başçısı Mixail Şvıdkoyun MDB ölkələri çərçivəsində həyata keçirilən bütün humanitar layihələrdə fəal iştirak etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsi işində göstərdiyi xüsusi xidmətlərə görə Mixail Şvıdkoyun da Azərbaycanın yüksək mükafatına - “Dostluq” ordeninə layiq görüldüyünü deyib və mükafatı ona təqdim edib.
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın yüksək mükafatına - “Dostluq” ordeninə layiq görülməsindən böyük şərəf hissi keçirdiyini deyib. O, Azərbaycan və Rusiya xalqları arasında yaxşı münasibətlərin mövcudluğundan məmnunluğunu bildirib. Mixail Şvıdkoy Azərbaycanda rusların özlərini doğma vətənlərindəki kimi rahat hiss etdiklərini, azərbaycanlıların isə Rusiyanın həyatında mühüm rol oynadıqlarını vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17

