Dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilə hallarına tamamilə son qoyulmalıdır
30.08.2012 [12:53]
Azərbaycan dövləti ölkədə sahibkarlığın inkişafına xüsusi önəm verir. Məlum olduğu kimi, hökumətin əsas hədəflərindən biri respublikada sahibkarlığın inkişafı üçün biznes mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası və bu əsasda ölkədə dinamik inkişafın davamlılığını təmin etməkdir. ölkəmizdə iqtisadiyyatda mühüm rolu olan sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti yaradılıb. ötən illər ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcminin ilbəil artırılması isə bir daha göstərir ki, sözügedən sahə daim dövlətin diqqət mərkəzindədir.
Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev Azərbaycanda azad sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi və fiziki şəxslərə dövlət tərəfindən istənilən, iqtisadi, siyasi dəstək göstəriləcəyini dəfələrlə bəyan edib. İyulun 11-də Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı isə dövlət başçısı özəl sektora diqqətin yüksək səviyyədə olduğunu deyib: “Bir daha demək istəyirəm ki, şəxsən mənim üçün Azərbaycanın dövlət və özəl şirkətləri arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətləridir, hər ikisində Azərbaycan vətəndaşları işləyir və maaş alır, biz hər ikisini də dəstəkləməliyik. Ona görə, biznes mühitinin yaxşılaşdırılması daimi prosesdir”.
Bir sözlə, dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, bu gün Azərbaycanda sahibkarlıq inkişaf edir və özəl sektor öz məhsulları ilə daxili bazarı təmin etməklə yanaşı, eyni zamanda, bu məhsulların ixrac potensialı da ilbəil artır. Digər tərəfdən, ölkəmizdə emal müəssisələrinin fəaliyyəti də genişlənir. Qeyd etmək lazımdır ki, cari ilin 6 ayında dövlət sahibkarlığın inkişafına 110 milyon manat vəsait yönəldib. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstəklənən investisiya layihələrinin sayı ötən illə müqayisədə 57,1 faiz, verilən güzəştli kreditlərin məbləği isə 53 faiz artıb. Azərbaycanda sığorta bazarının məcmu aktivləri iki dəfə, sığorta şirkətlərinin məcmu nizamnamə kapitalı isə 3,3 dəfə çoxalıb.
Qeyd edək ki, son illər sahibkarlıqla məşğul olmaq üçün prosedur qaydalarının tamamilə sadələşdirilməsi də bu sahənin inkişafına öz töhfəsini verib. Heç şübhəsiz, əsassız yoxlamalar korrupsiya və rüşvətxorluq hallarının yaranmasına rəvac verən amillərdən biri kimi, həm də sahibkarlığın inkişafına əngəl törədən faktorlardandır. Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, dövlət başçısının tapşırıqları əsasında ölkədə sahibkarların fəaliyyətinə dəstək üçün dövlət və xalq qarşısında öz vəzifə borclarını düzgün yerinə yetirmək, vergiləri vaxtında ödəmək şərtilə, yalnız qanun çərçivəsində nəzarətin təşkili, sahibkarların obyektlərində əsassız yoxlamaların aparılmasının qarşısının alınması istiqamətində müəyyən işlər görülüb. Hazırda isə bu proses davam etdirilir. Əsassız yoxlamaların aparılmasına qarşı sistemli tədbirlərin həyata keçirilməsi həm də korrupsiya ilə mübarizə strategiyasının bir hissəsi sayıla bilər. Sözügedən müşavirədə Prezident İlham Əliyev bir daha vurğulayıb ki, dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilə hallarına tamamilə son qoyulmalıdır: “Dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilə hallarına tamamilə son qoyulmalıdır. Bu sahədə müsbətə doğru irəliləyiş vardır. Ancaq hələ ki, bu müdaxilələr olur. Əlbəttə, bu, o demək deyildir ki, bu sahə tamamilə nəzarətsiz qalsın. Nəzarət qanun çərçivəsində güclü olmalıdır. Ancaq nəzarət biznesi əngəllənməməlidir və əsassız maneələr yaradılmamalıdır. ümumiyyətlə, bu sahədə elektron xidmətə keçid daha da sürətli olmalıdır. Bəzi dövlət qurumları bu sahədə çox sürətlə irəliyə gedirlər, bəzi qurumlar hələ ki, ləng tərpənirlər. Keçən müşavirədə mən bu məsələ ilə bağlı fikirlərimi daha da geniş bildirdim. Elektron sistemə keçid qaçılmaz bir reallıqdır. Bu, labüddür və biz bunu etməliyik. Dünya iqtisadiyyatının inkişafı bu istiqamətdə gedir, eyni zamanda, bu, bizə həm şəffaflıq gətirəcəkdir, həm çox məsələlər daha da dəqiq təşkil ediləcək və xoşagəlməz hallara qarşı mübarizə daha da güclü olacaqdır”.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

