BMT TŞ-nin üzvü kimi Azərbaycanın xarici əlaqələri genişlənir
05.09.2012 [22:25]
Azərbaycan Respublikasının beynəlxalq siyasi mövqelərinin tədricən möhkəmlənməsi şübhə doğurmur. ölkənin müstəqil inkişafı, prinsipial məsələlərdə qətiyyətli mövqeyi, artan iqtisadi gücü, genişlənən beynəlxalq əlaqələri və digər amillər buna şərait yaradır. Azərbaycanın xarici siyasət xəttində də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dünyanın bütün regionları ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq münasibətlər sistemində fəallığı artdıqca, xarici əlaqələri genişləndikcə, ölkəmizlə münasibətləri genişləndirmək istəyən dövlətlərin sayı da artmaqdadır. Respublikamızın beynəlxalq çəkisinin artmasında ölkəmizin 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin böyük rolu oldu.
Şura BMT-nin prinsip və məqsədlərinə uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyi təmin edir, beynəlxalq təhlükə törədən münaqişələri araşdırır, tövsiyə və icbari xarakterli qərarlar qəbul edir. Hazırda da bu qurum dünyanın ən qaynar nöqtələrində gedən proseslərlə maraqlanır, davamlı müzakirələr aparır. Azərbaycan da Şuranın 15 üzvündən biri olaraq beynəlxalq terrorçuluq, Suriyada qarşıdurma, Somalidə humanitar böhran və hazırda aktual olan digər problemlərlə bağlı müzakirələrdə iştirak edir, mövqeyini ortaya qoyur. Azərbaycana olan marağın artmasında bu amilin də böyük təsiri var. Azərbaycanın TŞ-nin iclaslarındakı iştirakı, müxtəlif məsələlərə bağlı mövqeyi beynəlxalq aləm tərəfindən diqqətlə izlənilir.
Digər tərəfdən, Azərbaycan da BMT TŞ kimi ən ali qurumda təmsil olunmasından maksimal dərəcədə istifadə edərək yeni-yeni əlaqələr qurmaqdadır. Bunun bariz göstəricisi kimi, son dövrlərdə ölkəmizin Afrika və Latın Amerikası region ölkələri ilə genişlənən əlaqələrini qeyd edə bilərik. Belə ki, Azərbaycan Afrikanın ən inkişaf etmiş ölkəsi olan Cənubi Afrika Respublikası ilə, həmçinin, inqilabların baş verdiyi ərəb ölkələrində yeni yaradılan hökumətlərlə əlaqələr yaradır.
Latın Amerikası ölkələri Azərbaycanın münasibətlərini sürətlə genişləndirdiyi dövlətlər sırasındadır. Təkcə 2012-ci il ərzində Meksika, Peru, Argentina, Kolumbiya kimi dövlətlərin yüksək rəsmi şəxsləri ilə keçirilən görüşlər bütün tərəflərin münasibətlərin genişləndirilməsində marağını ortaya qoydu.
Xarici əlaqələrin genişləndirilməsi, ilk növbədə, ölkənin beynəlxalq siyasi, iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafına töhfədir. Bununla, Azərbaycan beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də, ölkəmizə olan etimadı artırır.
Beynəlxalq əməkdaşlığın genişlənməsinin, ölkənin siyasi nüfuzunun artmasının digər bir mühüm cəhəti isə Azərbaycan həqiqətlərinin daha sürətlə yayılmasıdır. Məlumdur ki, sürətli inkişaf sayəsində sosial-iqtisadi problemlərin öhdəsindən gələn Azərbaycanın bütün səyləri ərazi bütövlüyünün təmin olunmasına yönəlib. Ermənistan işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi Azərbaycan ictimaiyyətinin ən böyük arzusu, ölkə rəhbərliyinin isə qarşıya qoyduğu birinci dərəcəli məsələdir.
O da məlumdur ki, erməni təbliğat maşınının fəaliyyəti, işğalçı Ermənistanın havadarlarının səyləri nəticəsində bu münaqişə ilə bağlı həqiqətlər bir müddət dünya ictimaiyyətinə qaranlıq qalıb. Lakin artıq hər il dünyada daha çox insan Azərbaycanın məruz qaldığı hərbi təcavüz faktı, Ermənistanın işğal siyasəti ilə bağlı həqiqətləri öyrənir. Bu prosesdə Azərbaycan dövlətinin diaspor siyasəti, QHT-lərin aktiv fəaliyyəti ilə yanaşı, ölkəmizin xarici siyasi, iqtisadi əlaqələrinin, müxtəlif dövlətlərlə dostluq münasibətlərinin də böyük rolu var. Bu baxımdan təsadüfi deyil ki, son bir il ərzində Pakistan, Meksika və Kolumbiya Xocalı qətliamını soyqırım kimi tanıyıb, bu yaxınlarda isə Meksikanın paytaxtı Mexiko şəhərindəki meydanların birinə “Xocalı” adı verilib, orada Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. 9 milyon nəfərə yaxın əhalisi olan böyük bir şəhərdə belə bir abidənin ucaldılması Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklərin dünyaya çatdırılması baxımından önəmli hadisədir.
İnanmaq olar ki, Azərbaycanın gücü və beynəlxalq nüfuzu artdıqca dünya birliyi ölkəmizin haqlı mövqeyini daha inamla dəstəkləyəcək.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58

