/ / Prezident İlham Əliyev paytaxtın Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak edib
Prezident İlham Əliyev paytaxtın Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak edib
15.09.2012 [16:43]
Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Bülbülədə olarkən keçirdiyi görüş zamanı qəsəbə sakinləri burada yeni məktəbə ehtiyac olduğunu bildiriblər.
Dövlətimizin başçısı elə həmin gün Bülbülə qəsəbəsində 640 şagird yerlik ümumtəhsil məktəbinin binasının tikintisinə başlamaq haqqında Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb binasının inşasına başlanılıb. Prezidentin tapşırığına uyğun olaraq 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, üç korpusdan ibarət binanın ümumi sahəsi 7 min 455 kvadratmetrdir. Məktəbin birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin büstü qoyulub. İkinci mərtəbədə Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostendlər qurulub.
Diqqətə çatdırılıb ki, məktəbdə 32 sinif otağı, informatika, kimya, biologiya, fizika, ədəbiyyat, əmək və gənclərin çağırışa qədər hazırlıq fənn kabinetləri yaradılıb. Məktəb daxili simsiz internet xidməti ilə təmin olunub. MDB məkanında ilk dəfə olaraq bu məktəbdə “smart sinif” açılıb. Bu layihə çərçivəsində ilk dəfə olaraq elektron tədris üçün nəzərdə tutulmuş “smart sinif” otağı layihəsi tətbiq edilib. “Smart sinif” otağında quraşdırılmış simsiz şəbəkə, rəqəmsal podium, interaktiv smart LCD, planşet kompyuter və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradır və bu prosesi gücləndirir. “Smart sinif” otağı layihəsinin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə töhfə vermək, məktəb idarəetmə prosesində, həmçinin orta tədris sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdir. Məktəbdə valideyn-müəllim assosiasiyası, psixoloq kabineti, kitabxana, kütləvi tədbirlərin keçirilməsi üçün 250 nəfərlik akt zalı yaradılıb.
Bildirilib ki, burada 2 min 640 kvadratmetr sahəsi olan yaşıl örtüklü idman meydançası və idman avadanlığının qurulduğu gənclərin hərbi hazırlığı üçün meydança var.
Daha sonra Prezident İlham Əliyevə məktəbin yerləşdiyi ərazidə aparılan abadlıq işləri barədə məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 09:52
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41

