Bölgənin inkişafı naminə...
12.06.2024 [09:50]
Sülh üçün səfərbərlik...
Ölkəmizin sülh təşəbbüsləri və onun nəticələri istər regiona, istərsə də regionətrafı coğrafiyaya mühüm üstünlüklər vəd edir. Azərbaycanın apardığı uğurlu xarici siyasət kursu Mərkəzi Asiya, Cənubi Qafqaz, Kiçik Asiya, hətta Rusiya və İran üçün mühüm siyasi-iqtisadi dividendlər yaradır. Bu mənada, Cənubi Qafqazın prosesdə oynayacağı rol xüsusi qeyd edilməlidir - bir zamanlar kataklizmlərlə, münaqişələrlə xarakterizə edilən region bu gün əməkdaşlıq məkanı, sabitlik adası hesab olunur. Bu mənada, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən uğurlu proses bütövlükdə, qlobal miqyasda, xüsusilə regional kontentdə diqqət mərkəzindədir. Qlobal sülhə və təzhlükəsizliyə həsr edilən tədbirlərdə, iqtisadi inkişafın yeni mərhələsinə həsr edilmiş toplantılarda qarşıdakı dövrdə Cənubi Qafqazın proseslərə qazandıracağı töhfələr müzakirə edilir, mühüm üstünlükləri açıqlanır.
Hər kəs ümid edir...
Xüsusilə, sülh prosesinin indiki məqamında - artıq nəticəyə yaxın olunduğu bir dövrdə bu müzakirələr daha da intensivləşib. İnkar edilə bilməz ki, aylardır vasitəçisiz formatda davam edən ikitərəfli təmasların verdiyi nəticələr təqdir olunur - ötən ilin dekabrında bəyan edilmiş ikitərəfli açıqlama və orada əksini tapan müddəalar, bu ilin aprelin 19-da əldə edilmiş razılığa əsasən 4 kəndin qaytarılması, Almatıda keçirilən ikitərəfli görüş sülhə olan inamı artırır. Xüsusilə, ikitərəfli müzakirələrin bu ilin mayında Qazaxıstanda davam etdirilməsi yeni siyasi situasiyanın yaranması ehtimalını gücləndirib. Bu məqam onu təsdiqləyir ki, artıq beynəlxalq aləm bölgədə əbədi və dayanıqlı sülhün bərqərar olmasını istəyir - bu istiqamətdə atılan addımlar isə yetərincə effektiv hesab olunur.
Diplomatik trafik...
Qeyd edildiyi kimi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi qonşu ölkələrin də diqqətindədir. Bunun nəticəsidir ki, Nijni Novqorodda keçirilən BRİCS ölkələri xarici işlər nazirləri Şurasının iclası çərçivəsində Rusiyada səfərdə olan Türkiyə xarici işlər nziri Hakan Fidanın keçirdiyi görüşlərdə əsas müzakirə xətti məhz cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini məsələsidir. H.Fidanın Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə keçirdiyi görüşdə İrəvanla Bakı arasında sülhün bağlanması ilə bağlı vəziyyəti müzakirə edilib. Eləcə də, H. Fidan Rusiyanın Təhlükəsizlik Şurasının katibi Şoyqu ilə analoji danışıqlar aparıb. Bu görüşdə də Ukraynadakı nizamlanma, Qəzza zolağında, Suriyadakı vəziyyətlə yanaşı, geniş şəkildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələrə yer ayrılıb.
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında keçirilən ikitərəfli təmasda da bu məsələ diqqət mərkəzində olub.
Eyni zamanda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. Qeyd edilib ki, telefon danışığı zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.
Sülhün yaradacağı üstünlüklər
Beləliklə, sülh üçün hazırlanan zəmin bütün tərəflərə dividendlər vəd edir - növbəti mərhələdə Cənubi Qafqazla yanaşı, yaxın coğrafiyanın həyatında yeni - sabit, inkişafa yönəlik dövr başlaya bilər. Bu gün yeni iqtisadi nizamın formalaşdığı bir zamanda yerləşdiyimiz bölgə stabil və sabit məkan kimi şöhrət tapmaqdadır. Sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqaz və regionətrafı bölgədə uğurlu fəaliyyət nümayiş etdirir. Bu yolda ortaya çıxan maneələrin aradan qaldırılması üçün isə bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edilir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı, uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur.
Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan yeni mərhələ üçün həm də Şərq-Qərb, Şimal - Cənub tranzitlərinin aktiv fəaliyyəti üçün zəmin yaradır. Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır.
Regional sülhün formalaşdırılması Zəngəzur dəhlizinin reallaşması mərhələsini aktivləşdirir. Sözügedən dəhliz Azərbaycan, Ermənistan və Türkiyə arasında kommunikasiya xətlərini təmin etməklə yanaşı, qlobal “Bir kəmər, bir yol” layihəsinin mühüm prioriteti olan “Orta Dəhliz” üzərində yeni logistik stansiyalar formalaşdıracaq. Bu coğrafi üstünlüklərdən isə Azərbaycan və Ermənistan ilə yanaşı, həm də bölgə dövlətləri yararlanacaq. Vurğulandığı kimi, regional sabitlik və təhlükəsizliyin bərqərar olması həm də bu mənada müəyyən güc mərkəzlərinin, xüsusilə Rusiya, Çin, İran, Türkiyə, eləcə də Qərb ölkələrinin marağındadır.
Sülhün İrəvana yaradacağı üstünlüklərə gəlincə isə, bunu sözlə ifadə etmək azdır - Ermənistan məhz sülh imzalamaqla özünün ilk dövlətçilik ənənəsini formalaşdıra bilər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35

