Bir güllə atılmadan...
03.12.2024 [09:46]
Laçın rayonunun işğaldan azad edilməsindən dörd il ötür
Dörd il bundan əvvəl - 2020-ci il dekabrın 1-də Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu işğaldan azad olunub. Prezident İlham Əliyev 2024-cü il 1 dekabr tarixində Laçının Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib. Paylaşımda qeyd olunub: “Zəfər tariximiz - Laçının Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.
Düşmənin işğal planında Ermənistanla Azərbaycanın müəyyən sayda erməni əhalinin yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsi arasında coğrafi bağlantını təmin etmək əsas məqsədlərdən biri kimi nəzərdə tutulmuşdu. 1992-ci ilin mayında Laçının,1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Laçının və Kəlbəcərin itirilməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə təmin olundu. Ermənilər elə hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar.
Ancaq düşmənin arzusu gözündə qaldı. XXI əsrin müharibəsini aparan Ordumuz cəmi 44 gün ərzində düşməni tar-mar etdi. Ermənistan onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq və üzərinə müəyyən öhdəliklər götürmək məcburiyyətində qaldı. Həmin öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları respublikamıza bir güllə atılmadan geri qaytarıldı.
Hələ 44 günlük Vətən müharibəsində noyabrın 9-da Azərbaycan Ordusu Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi. Dörd il əvvəl, dekabrın 1-də isə xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Həmin tarixdə Prezident İlham Əliyev xalqa növbəti müraciətində Laçın rayonunun işğaldan azad olunduğunu bildirərək, Azərbaycan xalqını bu münasibətlə təbrik etdi. 2022-ci il avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü ki, bununla da ata-baba yurdları laçınlılara qaytarıldı. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı. 2022-ci il sentyabrın 21-də Prezident, Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı.
Postmüharibə dövründə Laçında yaşayış evlərinin bərpası, müasir infrastruktur qurulması ilə bağlı çoxsaylı layihələr reallaşdırılıb. Laçın şəhərinin və kəndlərin məskunlaşdırılması da uğurla davam etdirilir. Qeyd edək ki, Laçına ilk köç 20 ailədən ibarət olmaqla 2023-cü ilin mayında reallaşıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58

