Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfər edib
16.04.2013 [14:12]
Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdə olub.
Dövlətimizin başçısı əvvəlcə Hacıqabul şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
* * *
Sonra Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış olub. Bildirilib ki, burada Ulu öndərin müxtəlif vaxtlarda Hacıqabula səfərlərini, rayon sakinləri ilə görüşlərini əks etdirən maraqlı fotolar toplanıb. Bundan başqa, Mərkəzdə gənclərin ilkin sənət vərdişlərinə yiyələnmələri üçün müxtəlif dərnəklər fəaliyyət göstərəcək.
* * *
Sonra dövlətimizin başçısı İlham Əliyev Hacıqabulun mərkəzindəki Heydər Əliyev parkını gəzib. Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Prezidentinə məlumat verib ki, 2011-ci ilin sentyabrından parkda yenidənqurma işlərinə başlanılıb.
* * *
Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev rayonun Rəncbər-Qubalı Baloğlan-“Pir Hüseyn” Xanəgahı avtomobil yolunun açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısına yolun parametrləri, respublika əhəmiyyətli digər yollarda aparılan işlər, Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə məlumat verilib.
Prezident İlham Əliyev kənd sakinləri ilə görüşüb. Təzə çəkilən yolun əhəmiyyətindən danışan dövlətimizin başçısı yolların hər bir yaşayış məntəqəsi üçün önəmini vurğulayıb.
Kənd sakini Qənimə İsrafilova göstərdiyi diqqət və qayğıya görə sakinlər adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Sonra Prezident İlham Əliyev Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı Hacıqabul şəhərinin su təchizatı planı və Şirvan-Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basıb.
Dövlətimizin başçısı Hacıqabul rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabula səfəri çərçivəsində Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan yenidənqurma işləri ilə tanış olub.
Dövlətimizin başçısı hərbi şəhərciyin ərazisini gəzib, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxıb.
* * *
Daha sonra Prezident İlham Əliyev Hacıqabulda Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında da iştirak edib.
Müəssisə ilə tanış olan dövlətimizin başçısına Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi - yeni keramaqranit zavodu barədə məlumat verilib.
Dövlətimizin başçısı gilizi zavodun təməlinə buraxıb, beton qarışığı tökən qurğunu işə salıb.
Prezident İlham Əliyev daha sonra müəssisədə yaradılmış sərgi salonu ilə tanış olub. Salonda zavodda istehsal olunan və olunacaq məmulatların nümunələri nümayiş etdirilir (Səfərdən geniş məlumat qəzetin növbəti nömrəsində dərc olunacaq).
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

