Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib
18.05.2013 [17:39]
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib
Mayın 17-də Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasimdə iştirak edən Qafqaz xalqlarının müftiləri, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev qonaqlarla görüşüb.
Cümə məscidi ilə yaxından tanış olan dövlətimizin başçısına burada görülmüş işlər barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanın ən qədim tarixi-mədəniyyət abidələrindən sayılan Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib. Bu, təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim məscidlərdən biri kimi tanınaraq zəmanəmizə qədər gəlib çatıb. Memarlıq üslubu baxımından qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidi bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqətlə qorunub saxlanılıb. Şamaxıda 1859-cu və 1902-ci illərdə baş vermiş dağıdıcı zəlzələlərdən ciddi ziyan çəkən məscid XX əsrin əvvəllərində yenidən bərpa edilib. Lakin 1918-ci ildə Azərbaycanın əksər şəhərləri və bölgələrində, o cümlədən Şamaxıda erməni-daşnak quldur dəstələri tərəfindən törədilən soyqırımı zamanı minlərlə günahsız insan qətlə yetirilib, əhalinin sığınacaq tapdığı Cümə məscidi isə yandırılıb. Uzun illər dağıdılmış vəziyyətdə qalan bu tarixi abidə 1980-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə təmir olunub. Şamaxı Cümə məscidində əsaslı bərpa və yenidənqurma işləri Azərbaycan Prezidentinin 2009-cu il 24 dekabr tarixli Sərəncamı əsasında başlanılıb və yüksək keyfiyyətlə sona çatdırılıb.
Dövlətimizin başçısı Cümə məscidinin 1902-ci il zəlzələsindən sonrakı, təmirdən əvvəlki və sonrakı, eləcə də yenidənqurma işlərinin gedişini əks etdirən stendlərə baxıb.
Məsciddə qonaqlarla, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşən Prezident İlham Əliyev çıxış edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dini abidələrimizin qorunub saxlanılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib və “Qurani-Kərim” hədiyyə edib.
Sonra Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyev, Çeçenistan Respublikasının müftisi Soltan Mirzayev və Şamaxı ağsaqqalı Məcid Şikərov çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti və qonaqlar çay süfrəsi ətrafında söhbət ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

