Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilir
10.10.2025 [11:50]
TDT: bərabərhüquqlu tərəfdaşlıq, iqtisadi dayanıqlıq, ortaq təhlükəsizlik və mədəni birliyin vəhdəti
Son illər dünya yeni siyasi, iqtisadi və təhlükəsizlik nizamının formalaşdığı həssas bir mərhələdən keçir. Qlobal münasibətlər sistemində güc mərkəzlərinin dəyişməsi, regional ittifaqların artan rolu və yeni əməkdaşlıq formatlarının meydana gəlməsi beynəlxalq siyasətin əsas istiqamətlərini müəyyənləşdirir. Qlobal dünyanın diqqət mərkəzində olan coğrafiyalardan biri kimi, Cənubi Qafqaz - Mərkəzi Asiya - Kiçik Asiya geostrateji məkanı da özünün yeni inkişaf mərhələsini yaşayır. 2020-ci il Vətən müharibəsindən sonra bölgədə formalaşan yeni reallıqlar ümumən bölgə dövlətlərinin inkişafına yeni ştrixlər əlavə edib. İstər ayrıca, istərsə də tam güc mərkəzi formasında dövlətlərin qlobal mühitə transformasiyanın yeni kriteriyaları müəyyənləşib. Bu mənzərədə bölgə dövlətlərinin yaratdığı Türk Dövlətləri Təşkilatı (TDT) özünəməxsus dinamika, dərin ideoloji dayaqlar və iqtisadi potensial əsasında fərqlənir. TDT artıq sadəcə mədəni yaxınlıq və tarixi əlaqələrin davamı deyil, eyni zamanda qlobal miqyasda siyasi və iqtisadi güc mərkəzinə çevrilmək yolundadır.
Bu yüksəlişdə Azərbaycanın rolu həlledicidir - 44 günlük Vətən müharibəsində əldə olunan qələbə təkcə milli suverenliyin bərpası deyil, həm də türk dünyasının birliyinin real güc potensialını nümayiş etdirdi. Sonrakı mərhələdə Şuşa və Qarabağ bəyannamələri ilə hüquqi əsas qazanan strateji əməkdaşlıq, Qəbələ Bəyannaməsi ilə isə yeni mərhələyə keçid TDT-nin siyasi konturlarını daha da möhkəmləndirdi.
Türk dünyasının real inteqrasiya imkanı...
Bu bir həqiqətdir ki, Azərbaycan təşkilatın regional çərçivədən qlobal müstəviyə keçid mərhələsi üçün olduqca münbit zəmin yaradıb. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri nəticəsində TDT-nin fəaliyyətinə strateji baxış gətirilib - artıq təşkilat yalnız regional əməkdaşlıq platforması deyil, həm də enerji, nəqliyyat, təhlükəsizlik və iqtisadi inkişaf istiqamətlərində inteqrasiya olunmuş güc mexanizmi kimi formalaşır. Bakı, Naxçıvan, Şuşa, İstanbul və Qəbələ bəyannamələri bu yeni mərhələnin hüquqi və siyasi sütunlarıdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən logistik layihələr - Zəngəzur dəhlizi (TRİPP), Orta Dəhliz, yaşıl enerji dəhlizi, Bakı-Tbilisi-Qars və digər beynəlxalq işlər TDT-nin iqtisadi və kommunikasiya gücünün infrastruktur əsaslarını yaradıb. Bu, həm də türk dünyasının inteqrasiyasını praktiki mərhələyə keçirir.
Müdafiə və təhlükəsizlik koordinasiyası: qlobal sabitliyin yeni dayağı
Bəli, dünya müasir dövrdə çoxqütblü, lakin eyni zamanda qeyri-sabit bir mərhələyə qədəm qoyub. Yaxın Şərqdən Asiyaya, Avropadan Qafqaza qədər müxtəlif münaqişə ocaqları qlobal sabitliyi təhdid edir. Bu mənada TDT regionunun təhlükəsizliyi ümumi türk coğrafiyasının inkişafı və davamlılığı üçün həyati əhəmiyyət daşıyır. Uzun illər xətt üzərində işğal faktı mövcud olub və 2023-cü ildə Azərbaycanın qətiyyəti ilə bölgədə separatizmə son verilib. Bu, həm də beynəlxalq təhlükəsizlik arxitekturasına olduqca vacib elementlər qazandırıb. Bu gün bölgəsəl kollektiv müdafiə sisteminin formalaşması bütün aspektlərdən ən doğru qərar olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi əməli təkliflər isə təşkilat üçün əsl yol xəritəsi rolunu oynayır. O, TDT-nin gələcəyini yalnız iqtisadi əməkdaşlıqla deyil, həm də ortaq müdafiə və təhlükəsizlik konsepsiyası ilə təmin etməyin vacibliyini dəfələrlə vurğulayıb.
Bu baxımdan Şuşa Bəyannaməsi diqqəti cəlb edir - Bəyannamə təkcə Azərbaycan-Türkiyə strateji müttəfiqliyini təsbit etmir, həm də türk dövlətləri arasında hərbi-siyasi koordinasiyanın hüquqi bazasını formalaşdırmaq imkanına malikdir. Çünki prosesin praktik hissəsində - keçiriləcək birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq, təhlükəsizlik informasiya mübadiləsinin gücləndirilməsi artıq TDT-nin regional sabitlik sütununu daha da möhkəmləndirəcək. Hətta bəzi siyasi mütəxəssislər gələcəkdə bu istiqamətdə TDT Müdafiə Nazirləri Şurası və ya ortaq təhlükəsizlik mexanizmi kimi təşəbbüslərin formalaşdırılması perspektivini də görürlər - bu isə, təşkilatın qlobal gücə çevrilməsi yolunda strateji dönüş yarada bilər.
İqtisadi güc: uğurlu gələcək üçün əsaslar
TDT-nin qlobal gücə çevrilməsi təkcə siyasi və ideoloji bağlarla deyil, həm də iqtisadi gücün konsolidasiyası ilə mümkün olacaq. 2024-cü ildə TDT-yə üzv ölkələrin iqtisadi inkişaf dinamikası əhəmiyyətli dərəcədə artıb, türk dövlətlərinin ümumi daxili məhsulu (ÜDM) 2,11 trilyon dollara çataraq qlobal iqtisadiyyatda 1,8 faizlik paya malik olub. Təşkilat ölkələrinin əhalisi isə 180 milyon nəfərə qədər olmaqla qlobal əhalinin 2,8 faizini təşkil etməkdədir. Bu, türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir. Hətta digər regional təşkilatlarla (məsələn, ASEAN (Cənub-Şərqi Asiya ölkələri birliyi) və ya MERCOSUR (cənubi Amerika ölkələri birliyi) kimi regional birliklərlə müqayisədə kifayət qədər rəqabətqabiliyyətli göstəricidir.
Türk dövlətlərinin ümumi əhalisi 180 milyon civarındadır - ixrac imkanları isə sürətlə artır. Azərbaycanın təşəbbüsü ilə yaradılan iqtisadi infrastruktur - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər Nəqliyyat Dəhlizi, Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi (TRİPP) təşkilatın iqtisadi inteqrasiyasını praktiki müstəviyə daşıyır. Bundan əlavə, ötən il türk dövlətlərinin cəmi iqtisadi artımı 5,2 faiz təşkil etməklə ümumdünya iqtisadi inkişaf göstəricisini (3,2 faiz) 2 dəfəyə yaxın üstələyib. Bu, türk coğrafiyasında sürətli inkişafı nümayiş etdirir. Eyni zamanda, 2024-cü ildə TDT ölkələri arasında qarşılıqlı ticarətin böyüməsi onların həm öz aralarında əmtəə dövriyyələrinin artmasını təmin edib, həm də qlobal ticarətdə paylarını artırıb. Ötən il türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da 33 trilyon dollar həcmində olan qlobal ticarətin 3,5 faizinə bərabərdir. Hədəf isə beynəlxalq ticarətdə türk ölkələrinin payını 7-8 faizə çatdırmaqdır.
Türk dövlətlərinin öz aralarındakı qarşılıqlı ticarət dövriyyəsinin həcmi də əhəmiyyətli dərəcədə artaraq 60 milyard dollara yaxınlaşıb. TDT 2025-ci ildə öz aralarındakı ticarət dövriyyəsini ikiqat artırmağı, habelə iqtisadiyyatda yaranan əlavə dəyərləri 2 trilyon dollara çatdırmağı qarşıya məqsəd qoyub ki, bu məqsədlə müxtəlif iqtisadi-ticari stimulların, təşviqedici alətlərin tətbiqi nəzərdə tutulur.
Vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu fəaliyyət göstərir. 500 milyon dollar portfeli olan fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Bu məqsədlərə çatmaq üçün fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırılaraq 1 milyard dollar təsdiq edilməsi nəzərdə tutulur.
TDT qlobal enerji təminatçısı rolunda...
Enerji sahəsi TDT-nin qlobal miqyasda təsir imkanlarını artıran ən mühüm sütunlardan biri sayılır. Azərbaycan bu sahədə həm ənənəvi, həm də yaşıl enerji təşəbbüsləri ilə ön sıradadır. Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələr zəngin neft və qaz ehtiyatlarına malikdir. Bununla yanaşı, Özbəkistan və Qırğızıstan kimi dövlətlər də enerji tranziti baxımından strateji mövqedədir. Bu resursların koordinasiyalı şəkildə idarə olunması TDT-nin regional enerji bazarı yaratmaq imkanlarını artırır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl Enerji Dəhlizi” layihəsi təkcə Cənubi Qafqaz üçün deyil, Avropa üçün də mühüm enerji marşrutu kimi çıxış edir. Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli bu baxımdan yeni mərhələnin başlanğıcıdır.
Bundan əlavə, Xəzər külək potensialı, Günəş enerjisi layihələri və “yaşıl şəhər” konsepsiyası üzv ölkələr arasında bərpaolunan enerji bazarının formalaşmasına yol açır. Bu, həm ekoloji dayanıqlığı təmin edir, həm də TDT-nin Aİ ilə enerji dialoqunun əsasını yaradır. Beləliklə, TDT yalnız neft və qaz tədarükçüsü deyil, eyni zamanda enerji transformasiyasının aparıcı platforması kimi çıxış edə bilər.
Gələcəyin siyasi modeli: “Dəmir yumruğ”un yaratdığı “bir yumruq” fəlsəfəsi...
Nəticə etibarı ilə, Türk Dövlətləri Təşkilatı artıq regional əməkdaşlıq çərçivəsindən çıxaraq qlobal güc mərkəzinə çevrilmək yolunda real və davamlı addımlar atır. Bu yüksəlişin mərkəzində isə Azərbaycanın strateji liderliyi, iqtisadi təşəbbüsləri və siyasi qətiyyəti dayanır. TDT-nin uğuru qarşılıqlı etimad, milli maraqlara hörmət və birgə inkişaf prinsipinə əsaslanır. Qlobal çağırışların artdığı bir dövrdə təşkilat “bir yumruq” fəlsəfəsi ilə həm öz təhlükəsizliyini, həm də ümumi sabitliyi təmin edə bilər. Azərbaycanın təşəbbüsləri ilə formalaşan yeni reallıqlar - Şuşa, Qarabağ və Qəbələ bəyannamələri, enerji və nəqliyyat layihələri, müdafiə koordinasiyası türk dünyasının bütöv geosiyasi xəritəsini yenidən formalaşdırır. TDT artıq gələcəyin siyasi modeli kimi xarakterizə olunur: bərabərhüquqlu tərəfdaşlıq, iqtisadi dayanıqlıq, ortaq təhlükəsizlik və mədəni birliyin vəhdəti. Bu vəhdətin mərkəzində isə Azərbaycan dayanır - tarixini, gücünü və vizyonunu türk dünyasının sabahına çevirən ölkə kimi.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

