/ / Prezident İlham Əliyev Bakının Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakının Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub
19.10.2013 [13:36]
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunun Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub.
Paytaxtın digər rayonları kimi, Xətai rayonunda da mühüm sosial infrastruktur layihələri həyata keçirilir. Rayonun inkişaf etdirilməsi istiqamətində atılan addımlar, həyata keçirilən uğurlu layihələr paytaxtın mənzərəsini daha da gözəlləşdirir. Təbii ki, vətəndaşlarımızın rifahını, onların rahatlığını hər zaman diqqət mərkəzində saxlayan dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində hazırda paytaxtda park və xiyabanların salınmasına ciddi fikir verilir. Bu işlər zövqlə, yüksək peşəkarlıqla yerinə yetirilir.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Bakının inkişafı ilə bağlı icra olunan layihələr şəhər həyatının ayrılmaz parçasına çevrilir. Şübhəsiz ki, paytaxtın gözəlliyinə yeni salınan və əsaslı təmir edilən parklar öz töhfəsini verir. Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan park da bu sahədə həyata keçirilən işlərin tərkib hissəsidir.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, əhalinin sıx yaşadığı bu ərazidə sakinlərin istirahətinin təşkili məqsədi ilə geniş imkanlara malik istirahət zonası yaradılıb. Ərazisi 1,8 hektar olan istirahət mərkəzində müasir üslubda fəvvarələr kompleksi qurulub, diametri 20 metr olan musiqili fəvvarə yaradılıb. Müasir işıqlandırma sistemi ilə təchiz edilən fəvvarə müxtəlif rəng çalarlarına malikdir. Burada quraşdırılan şəlalə parka xüsusi gözəllik verir. Parkda monitor da quraşdırılıb.
Parkda uşaqlar üçün əyləncə kompleksi yaradılıb. Buradakı ana və uşaq kafesi, əyləncə sahəsi, müxtəlif attraksionlar və sürüşkənlər balacaların istirahətinin maraqlı və yaddaqalan olmasına imkan verəcək. Min kvadratmetrlik kompleks paytaxt parklarının içərisində ən böyük əyləncə mərkəzlərindən biridir. Bununla yanaşı, rayonun florasının zənginləşdirilməsi məqsədi ilə 7 min kvadratmetr ərazidə yaşıllıq salınıb. İstirahət məkanında dekorativ ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi qurulub. Parkboyu bütün binalar müasir, zövq oxşayan forma və üslubda bərpa edilib, fasadları yenilənib.
Aparılan quruculuq və abadlıq işləri, yeni park və xiyabanların salınması sayəsində bu gün paytaxtımız yeni görkəm alıb və dünyanın ən gözəl şəhərləri sırasında öz yerini daha da möhkəmləndirir. Bakının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər hər gün paytaxtın gözəlliyini daha da artırır. Doğma Bakımızın simasına xüsusi yaraşıq verən bu parklar ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işlərinin daha bir nümunəsidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

