/ / Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sverdlovsk Vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sverdlovsk Vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14.03.2014 [09:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rusiya Federasiyasının Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rusiya Federasiyasının Sverdlovsk Vilayəti ilə ölkəmiz arasında mövcud uzunmüddətli dostluq əlaqələrinə toxunan qubernator Yevgeni Kuyvaşev deyib: “Bu əlaqələrin əsası Azərbaycan xalqının Ümummilli lideri, böyük şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur”.
O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk Vilayətinə səfərini və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu məmnunluqla xatırlayıb. Yevgeni Kuyvaşev Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycan müəssisələri ilə uğurlu işbirliyi qurulduğunu vurğulayan Yevgeni Kuyvaşev ölkəmizlə Sverdlovsk Vilayəti arasında ticarət dövriyyəsinin artan templərlə genişləndiyini qeyd edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini və bunun üçün bütün şəraitin yaradıldığını deyib. Prezident İlham Əliyev ölkələrimizin bütün məsələlərdə fəal əməkdaşlıq etdiyini vurğulayıb. Dövlətimizin başçısı Sverdlovsk Vilayətində xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə göstərilən böyük ehtirama görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Rusiya Federasiyasında yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusların ölkələrimizin inkişafına töhfə verdiklərini məmnunluqla qeyd edib. Dövlətimizin başçısı Rusiya Federasiyasının Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

