/ / Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edib
25.06.2014 [10:23]
İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında çıxış edib.
AŞ PA-nın sədri xanım Ann Brasör Prezident İlham Əliyevi salamlayıb. O, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin uğurlu olacağına əminliyini ifadə edərək ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün Avropa Şurası üçün vacib məsələ olduğunu diqqətə çatdırıb. A.Brasör Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində həllini arzuladığını bildirib. AŞ PA-nın sədri münaqişə tərəfləri arasında etimad mühitinin yaradılması istiqamətində Avropa Şurasının fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Son illərdə ölkəmizdə güclü iqtisadi inkişafın getdiyini, Azərbaycanın ötən dövrdə onlarla Avropa konvensiyasına qoşulduğunu deyən AŞ PA-nın sədri insan hüquqları, söz azadlığı və digər sahələrdə əldə olunan nailiyyətlərdən də danışıb.
Prezident İlham Əliyev çıxışında dəvətə görə təşəkkürünü bildirərək yenidən Strasburqda olmaqdan məmnunluğunu qeyd edib. Dövlətimizin başçısı müstəqillik illərində iqtisadi sahədə əldə olunan uğurlardan danışıb. Avropa Şurasına üzvlüyü dövründə ölkəmizin bir çox nailiyyətlər qazandığını deyən Azərbaycan Prezidenti müstəqilliyin ilk dövrlərində yaşanan çətinliklərdən bəhs edib. Dövlətimizin başçısı ötən dövrdə ölkəmizdə əsas azadlıqların təmin edildiyini, mətbuat və söz azadlığı sahəsində mühüm islahatların həyata keçirildiyini, azad internetin mövcud olduğunu söyləyib.
Demokratik institutların fəaliyyətinin təmin edilməsi, din azadlığı sahəsində də görülən işlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev yüz illər boyu ölkəmizdə tolerantlıq mühitinin qorunub saxlandığını diqqətə çatdırıb. Bildirib ki, bu gün Bakı dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır və ölkəmiz 2008-ci ildə başlayan Bakı prosesinin təşəbbüskarıdır.
Prezident İlham Əliyev ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizənin aparıldığına diqqəti cəlb edərək bu sahədə dövlət səviyyəsində islahatların həyata keçirildiyini bildirib.
Azərbaycanda güclü, vətənpərvər, təhsilli gəncliyin olduğunu, yüzlərlə yeni məktəb binasının tikildiyini, dünyanın məşhur universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı böyük tarixi, zəngin mədəniyyəti olan ölkəmizin bu gün regionda sabitləşdirici rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələr həyata keçirilir. Bu da bölgə ölkələrinin inkişafına müsbət təsirini göstərir.
2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv olan Azərbaycanın bu qurumda fəaliyyəti dövründə ədaləti dəstəklədiyini deyən Prezident İlham Əliyev ölkəmizin dünyanın bir çox dövlətləri ilə konstruktiv əlaqələr qurduğunu söyləyib.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub, Avropa Şurasının ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev bu münaqişənin bütün regionu təhdid altında saxladığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanın tarixi bölgəsi olan Dağlıq Qarabağa ermənilər sonradan gəlmişlər və bu ərazilərin Azərbaycana məxsus olduğunu tarixi abidələr də təsdiq edir. Ermənilərin tarixi torpaqlarımızda etnik təmizləmə apardığını, Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayonun 20 ildən çoxdur işğal altında olduğunu deyən Prezident İlham Əliyev beynəlxalq hüququn Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını vurğulayıb. Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyini, lakin onların hələ də icra olunmadığını, baxmayaraq ki, bənzər hallarda bu qətnamələrin bir neçə saat ərzində həyata keçirildiyini bildirib. Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının status-kvonun saxlanmasının mümkünsüzlüyü ilə bağlı bəyanatlarını xatırladan Azərbaycan Prezidenti digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin də icrasının vacibliyini diqqətə çatdırıb. Ermənilərin işğal etdikləri ərazilərdə tarixi-mədəni abidələri, sosial obyektləri, hətta qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini ATƏT-in bölgədə olan faktaraşdırıcı missiyasının da təsdiqlədiyini deyən Prezident İlham Əliyev tarixi Azərbaycan torpağı olan İrəvanın XX əsrin əvvəllərində Ermənistana paytaxt kimi verildiyini bildirib.
Dövlətimizin başçısı son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan, enerji siyasətindən danışıb, beynəlxalq reytinq agentliklərinin ölkəmizin iqtisadi reytinqini artırdığını diqqətə çatdırıb. “Bu gün beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan sürətlə müasirləşir”, - deyən Prezident İlham Əliyev demokratik proseslərin və azadlıqların təmin edilməsinin bundan sonra da ölkəmiz üçün prioritet olacağını vurğulayıb.
Sonra Prezident İlham Əliyev deputatları maraqlandıran sualları cavablandırıb.
* * *
AzərTAc xəbər verir ki, iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri tərəfindən Parlament Assambleyasının 2014-cü il sessiyasının üçüncü hissəsinin başlanması münasibətilə nahar verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.
* * *
Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

