Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Avropa Oyunları Parkının qarşısında salınan yeni park füsunkarlığı ilə diqqəti cəlb edir

Avropa Oyunları Parkının qarşısında salınan yeni park füsunkarlığı ilə diqqəti cəlb edir

09.06.2015 [09:37]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Avropa Oyunları Parkının qarşısında yaradılmış parkdakı şəraitlə tanış olublar.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, ümumi sahəsi 15,5 hektar olan parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti yolları salınıb, geniş yaşıllaşdırma işləri görülüb. Burada quraşdırılan fəvvarələr istirahətə gələnlərin zövqünü oxşayacaq. Park füsunkarlığı və səliqə-sahmanı ilə diqqəti cəlb edir. Sakinlərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə parkda üç kafe yaradılıb.
Prezident İlham Əliyev “Park Land” kafesinin rəmzi açılışını bildirən lenti kəsib.
Müasir tələblər səviyyəsində yaradılan bu iaşə obyektində müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlar var.
Bu istirahət ocağı da Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin əyani göstəricilərindəndir. Parkda milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb.

 
Paylaş:
Baxılıb: 833 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31