Zəngilandan dünyaya sülh və ədalət mesajları
12.05.2026 [10:43]
Cənab Prezident İlham Əliyev artıq neçə ildir ki, xalqımız üçün əlamətdar bayram günlərini Qarabağda və Şərqi Zəngəzurda doğma el-obalarına, ata- baba yurdlarına qayıdan soydaşlarımızla birlikdə qeyd edir, onlara dövlətimizin hədiyyəsi olan yeni, müasir, gözəl mınzillərinin açarlarını təqdim edir, onları sevindirir, onların sevincinə şərik olur.
Bu il də belə oldu. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günündə cənab Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışını etdi, sakinlərlə görüşdü, çıxışında müstəqilliyimizin ilk illərindən keçdiyimiz keşməkeşli yola diqqəti cəlb etdi, yaxın və orta dövr üçün qarşıda duran vəzifələrin yol xəritəsini müəyyən etdi. Zəngilandan verilən mesajlar bir çox cəhətlərinə görə həm bölgənin taleyi üçün, həm də beynəlxalq siyasi konfiqurasiyanın müəyyən edilməsi baxımdan çox əhəmiyyətlidir.
İlk öncə onu qeyd etmək istəyirəm ki, bu mesajların Ulu öndər Heydər Əliyevin ad günündə və Zəngəzur torpağından verilməsi xüsusi məna kəsb edir. Əvvəla, Ulu öndərin ən böyük arzusu törpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması idi. Digər tərəfdən mən qəti əminəm ki, eyni situasiyada Ulu Öndər də eyni cəsarətli və müdrik fikirləri söyləyərdi. Budur siyasi varislik, budur Ulu Öndərin siyasi kursunun davamlılığı!
Zəngəzur şərq-qərb və şimal- cənub dəhlizlərinin kəsişmə nöqtəsidir. Zəngilan rayonu isə Azərbaycanın iki dövlətlə-İran və Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyəti çox böyük olan bölgəsi, üç ölkənin sərhəd qapısıdır.
Zəngəzur bölgənin ən strateji coğrafiyasıdır. Bəlkə də, elə buna görə 1920-ci ildə Sovet hökuməti Zəngəzuru iki yerə parçaladı, süni yolla İranla Ermənistan SSR arasında sərhəd yaratdı, Naxçıvanı və Türkiyəni Azərbaycanın əsas ərazisindən ayırdı.
Çıxışında ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdə hökm sürən hərc-mərclilik, təsadüfi küçə adamlarının böyük vəzifələrə yiyələnməsi nəticəsində yaranmış siyasi hakimiyyət böhranı, bundan istifadə edən Ermənistanın torpaqlarımızı işğal etməsinin xronologiyasını yada salan cənəb Prezident tarixi qələbəmizin uğur düsturunu da bir daha dünyaya bəyan etdi: güclü dövlət, güclü ordu, güclü siyasi iradə. Bu güclü iradəni Ulu öndər Heydər Əliyevə verən müdrik Azərbaycan xalqı, onun böyük dövlət xadiminə olan sonsuz inamı idi.
Cənab Prezidentin Zəngilanda söylıdiyi kimi, o vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da getməyə başladı.
Xalqımızın eyni münasibəti Ali Baş Komandan İlham Əliyevə də göstərmısi bu inamdan doğurdu.
Öz xalqına arxalan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bir peyğəmbər müdrikliyi ilə söylədiyi kimi, Azərbaycan xalqının dəstəyi ilə bütün tarixi missiyaları yerinə yetirə bildi. Cəmi 44 gün davam edən Zəfər savaşından sonra torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu, 23 saatlıq antiterror tədbiri nəticəsində milli suverenliyimiz Respublikamızın hər yerində bərpa edildi. İndi isə geniş miqyaslı quruculuq işləri ilə məşğul oluruq, Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldirik, cənnətə çeviririk.
Musa Urud,
Millət vəkili
Xəbər lenti
Hamısına baxMEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50

