"Yeni Azərbaycan"ın "Güclü dövlət naminə" təşviqat kampaniyası - 06 mart
07.03.2009 [15:41]
Referendum aktının əsas mahiyyəti barədə seçicilərə məlumat verilməsi və onlarda islahatların məqsədi və məramı barədə ətraflı təsəvvür yaradılması şəffaflığa təminat verən başlıca amillərdəndir. “Güclü dövlət naminə” devizi altında təşviqat kampaniyası aparan “Yeni Azərbaycan” təşviqat qrupu da məhz bu məqsədlə konstitusiyaya təklif olunan əlavə və dəyişiklərin ümumxalq və dövlətçilik mənafeyinə xidmət etdiyini seçicilərin nəzərinə çatdırır.
Dünən “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkillərinin “Güclü dövlət naminə” devizi altında həyata keçirdikləri təşviqat kampaniyası çərçivəsində Bakının Yasamal, Səbayel, Nərimanov, Nizami rayonlarında, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində, Sabunçu rayounun Zabrat qəsəbəsində, Abşeron rayonunun Fatmayı qəsəbəsində, Əzizbəyov rayonunun Qala qəsəbəsində seçicilərlə görüşlər keçirilib.
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrindən YAP İdarə Heyətinin üzvlərindən MM-in deputatı Mixail Zabelin və Kərim Kərimov, təşviqat qrupunun vəkillərindən YAP İdarə Heyətinin üzvlərindən, YAP Səbayel rayon təşkilatının sədri Zahid Qaralov və BDU-nun professoru Şahlar Əsgərov “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasındakı məşvərətçi səshüquqlu nümayəndəsi, MM-in deputatı Rauf Əliyev, eləcə də təşviqat qrupunun rayon və şəhər qərargahlarının nümayəndələri görüşlərdə iştirak ediblər.
Keçirilmiş bütün görüşlərdə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər bir vətəndaşın mənafeyinə və dövlətçiliyimizin daha da gücləndirilməsi məqsədinə xidmət etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bütün ölkə vətəndaşları növbəti sınaq qarşısındadır. Əhəmiyyətli hadisə, mühüm siyasi kampaniya olan ümumxalq səsverməsi dövlətimizin möhkəmlənməsi baxımından çox əhəmiyyətli və vacibdir. Nəzərdə tutulan əlavə və dəyişikliklərin hər biri layiqli həyat tərzimizi müəyyənləşdirən, gələcəyimiz üçün etibarlı qarant olan yeniliklərlə zəngindir. İlk Konstitusiyamızın qəbulundan keçən müddətdə ölkə iqtisadiyyatı dinamik inkişaf yolu ilə irəliləyib, əhalinin sosial müdafiəsinin təminatı üçün önəmli islahatlar aparılıb. Son illərdə həyatımızın bütün sahələrində hiss olunan bu inkişafın qanunlarımızda da əks olunması üçün Konstitusiyaya əlavə və dəyişiklərin edilməsi sosial sifariş olmaqla, həm də həyatın tələbidir.
çıxışlarda bildirilmişdir ki, demokratiyanın əsas şərti insanlara azadlıq və seçib, seçilmək hüquqlarının verilməsi, azad şəffaf seçkilərin keçirilməsidir. Bir nəfərin 2 dəfədən artıq dövlət başçısı seçilməsinə qoyulan məhdudiyyət demokratiyanın tələbinə ziddir. İnsanlar bütün dünya birliyi tərəfindən yüksək qiymətləndirilən Azərbaycanın bugünkü inkişafının davamına tərəfdardır. Buna görə də keçirilən görüşlərdə əlavə və dəyişikliklərə öz münasibətini bildirən seçicilər əsasən bu məsələyə ciddi münasibət bildirir, mövcud iqtidarın dövlətçilik siyasətini dəstəkləyir və davamlı olmasını tələb edir.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39

