Bakı Tennis Akademiyasının açılışı olub
06.05.2009 [17:27]
Dünən Bakı Tennis Akademiyasının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mehriban xanıma gül dəstəsi təqdim olunub.
Prezident İlham Əliyev və xanımı mərasimdə iştirak etmək üçün xarici ölkələrdən gəlmiş qonaqlarla və Azərbaycanın idman ictimiyyətinin nümayəndələri ilə görüşüblər.
Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov mərasimdə iştirak edən Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevi, gürcüstanlı məşhur tennisçi Leyla Mesxini və Xorvatiyadan olan nümayəndələri dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev Bakı Tennis Akademiyasının açılışını bildirən lenti kəsib.
Sonra yeniyetmə tennisçilərin nümunəvi çıxışları təqdim olunub. Dövlətimizin başçısına məlumat verilib ki, mayın 5-dən 10-dək bu kompleksdə yeniyetmələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan tennis turniri keçiriləcək. Belə bir kompleksin tikilməsi və yarışın keçirilməsi göstərir ki, Azərbaycanda idmanın bu növünə də böyük maraq var.
Bildirilib ki, ilk dəfədir Azərbaycan paytaxtında Tennis Akademiyası inşa olunur. 2008-ci ilin martında Bakının 8-ci mikrorayonunda tikintisinə başlanmış akademiyanın ərazisi 2,7 hektardır. Mərkəzi kort da daxil olmaqla, komlpleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Burada avadanlığı İtaliyadan gətirilmiş iri tutumlu su anbarı, nasos stansiyası, elektrik idarəetmə otağı və transformator yarımstansiyası tikilib. Bu qurğular akademiyanın su və elektrik enerjisi ilə etibarlı təmin olunmasına imkan verəcək. Dövlətimizin başçısı qapalı məşq kortlarına baxıb, burada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, Bakı Tennis Akademiyasının müasir tələblərə cavab verməsini təmin etmək məqsədi ilə kortların tikintisi, qurğu və avadanlığın quraşdırılması zamanı yerli və xarici mütəxəssislərin gücündən istifadə olunub. Bu işdə Avropada yaxşı tanınmış, açıq və qapalı kortların, idman meydançaları və komplekslərin tikintisində xüsusi təcrübəsi olan Xorvatiyanın “Concept-90” şirkətinin son texnologiyalar əsasında istehsal etdiyi örtüklərdən istifadə edilib.
Burada gənclər peşəkar mütəxəssislərin köməyi ilə tennisin sirlərinə yiyələnəcəklər. Akademiyada xaricdən dəvət olunmuş məşqçilər dərs deyəcəklər. Uzunluğu 126 metr, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda beynəxalq standartlara cavab verən şərait yaradılıb. Kortların hər birinin sahəsi beynəlxalq standartlara uyğun olaraq 670 kvadratmetrə bərabərdir. İlin bütün fəsillərində burada yerli və beynəlxalq yarışların və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb.
Dövlətimizin başçısı burada yeniyetmə tennişçilərin oyununu izləyib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisindəki kafedə yaradılan şəraitlə də tanış olublar. Dövlətimizin başçısı Bakı Tennis Akademiyasının maketinə və baş planına baxıb. Bildirilib ki, gələcəkdə akademiyanın ərazisi daha da genişləndiriləcək, burada yeni binalar inşa olunacaq. Sonra Bakı Tennis Akademiyasının gələcək görüntülərindən ibarət videoçarxın nümayişi olub.
Prezident İlham Əliyevə akademiyanın ərazisində aparılacaq tikinti işləri barədə də məlumat verilib. Bildirilib ki, beynəlxalq standartlara cavab verən və Avropada ən müasir komplekslərdən olan Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı bu ilin sentyabrında istifadəyə veriləcək. Yaxın gələcəkdə isə yeddimərtəbəli, dördulduzlu mehmanxana və ümumi sahəsi 2510 kvadratmetr olacaq 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa ediləcək. Stadionda tennis ilə yanaşı, voleybol, mini futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçiriləcək.
Bakı Tennis Akademiyası ilə tanışlıqdan sonra dövlətimizin başçısı tikintidə iştirak edən inşaatçılarla görüşüb.
İnşaatçıları təbrik edən Prezident İlham Əliyev deyib: çox gözəl obyekt tikmisiniz. Ən yüksək standartlara cavab verir. Həm idman üçün, həm insanların sağlamlığı, dincəlməsi üçün bütün şərait var. çox şadam ki, bu gözəl işləri yerli şirkət görüb. Bu onu göstərir ki, Azərbaycanda müasir, güclü sənaye və tikinti potensialı var. Əvvəllər belə işlərlə xarici şirkətlər daha çox məşğul idi. Belə gözəl obyektləri onlar tikirdilər. İndi yerli şirkətlər, yerli iş adamları, yerli fəhlələr həm işlə təmin olunurlar, həm də gözəl memarlıq əsərləri yaradırlar. Buna görə sizə minnətdaram. çox yaxşı işləmisiniz. Gələcəkdə Azərbaycanda işlər çox olacaq. Hazırlaşın, növbəti obyektlərin tikintisində fəal iştirak etmək üçün imkanlarımız var. Bir daha təbrik edirəm.
Dövlətimizin başçısı Bakı Tennis Akademiyasında yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma və abadlıq işlərindən razılığını bildirib, tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

