Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Kansleri Angela Merkelin görüşü olub
08.06.2016 [10:12]
AZƏRTAC xəbər verir ki, iyunun 7-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin görüşü olub.
Kansler Angela Merkel Prezident İlham Əliyevin Almaniyaya səfərlərinin və Azərbaycan dövlətinin başçısı ilə müxtəlif tədbirlərdə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Azərbaycanın mühüm coğrafi mövqedə yerləşdiyini deyən Federal Kansler dünyada gedən iqtisadi böhran və neftin qiymətinin kəskin düşməsi məsələlərinə toxunaraq Almaniya Hökumətinin bu böhranın aradan qaldırılması üçün Azərbaycan Hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirib.
Prezident İlham Əliyev son zamanlarda Azərbaycanda həyata keçirilən iqtisadi tədbirlərdən danışaraq ölkəmizdə iqtisadiyyatın neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi imkanların daha da artırılması və digər sahələrdə ciddi addımların atıldığını bildirib. Dövlətimizin başçısı ölkədə yoxsulluğun azaldılması, əhalinin rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərdən danışıb. Prezident İlham Əliyev səfər çərçivəsində Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunun əhəmiyyətini vurğulayaraq bu tədbirin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini bildirib.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu qeyd edilib, “Cənub Qaz Dəhlizi”nin bu baxımdan regional əməkdaşlığa, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi bildirilib. Bundan başqa, görüşdə Azərbaycanda insan haqlarının təmin olunması, demokratikləşmə prosesinin inkişafı istiqamətində atılan müsbət addımlardan danışılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb. Prezident İlham Əliyev cəbhə xəttində baş verən son hadisələr və indiki vəziyyət barədə məlumat verib, bu münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri barədə danışıb. Hazırda ATƏT-ə sədrlik edən ölkə kimi Almaniyanın Minsk qrupu çərçivəsində münaqişənin nizamlanması prosesində rolu barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

