İsmayıl bəy Qutqaşınlının doğum günüdür...
14.07.2026 [09:34]
Azərbaycanın ictimai fikir tarixində elə şəxsiyyətlər var ki, onların ömür yolu təkcə yaşadıqları dövrün hadisələri ilə məhdudlaşmır, əksinə, zaman keçdikcə onların fəaliyyəti daha dolğun məna qazanır. Belə simalardan biri də 19-cu əsr Azərbaycan ədəbiyyatının və maarifçilik hərəkatının görkəmli nümayəndəsi, yazıçı, hərbçi və ictimai xadim İsmayıl bəy Qutqaşınlıdır. Onun adı Azərbaycan mədəniyyətinin inkişaf salnaməsində xüsusi ehtiramla çəkilir.
İsmayıl bəy Qutqaşınlı 14 iyul 1806-cı ildə keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Bu gün mərhum yazıçının anadan olmasında 220 il ötür. O, uşaqlıq və gənclik illərində dini təhsil alıb, ərəb, fars dillərini öyrənib, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olub. Sonradan hərbi xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaradıb, rus və Qərbi Avropa mədəniyyətləri ilə tanış olub. O, Azərbaycanın böyük marifçi alimləri - Mirzə Fətəli Axundov, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq edib.
Ömrü boyu doğma xalqının səadəti, maariflənməsi, mədəni yüksəlişi uğrunda çarpışan İsmayıl bəy eyni zamanda yorulmaz səyyah idi. O, müsəlman Şərqini gəzib, gördüklərinə əsl alim kimi yanaşıb, olduğu ölkələr, şəhərlər haqqında geniş məlumatlar hazırlayıb.
Ədəbiyyatımızda xüsusi yeri olan İsmayıl bəy Qutqaşınlı “Miskin” təxəllüsü ilə şeirlər də yazıb. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb. Ancaq ona aid olduğu iddia edilən və 1973-cü ildə aşkarlanan “İki quşun söhbəti” adlı şeiri çox maraqlıdır.
Onun “Rəşid bəy və Səadət xanım” hekayəsi həm ideya məzmunu, həm də üslubu etibarı ilə Azərbaycan nəsri tarixində realizmə doğru meylin gücləndiyini göstərən ilk mühüm əsərlərdəndir. Hekayənin qəhrəmanı Rəşid bəy görüşləri, hissləri və əməli ilə xalqa yaxın və bağlı olan ziyalıların real bədii surətidir. O, hər şeydən əvvəl, öz vətəninə, içərisindən çıxdığı mühitə və zəmanəsinə uyğun olan gəncdir. Rəşid bəyin gözəl xüsusiyyətlərindən biri onun savadlı, bilikli və mədəni bir gənc olmasıdır. Onun arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək. Rəşid bəy igidliyi, şücaəti yalnız tüfəng atmaqda, at oynatmaqda görmür. Bu ona vətənini müdafiə etmək üçün lazımdır. Rəşid bəyin fikirləri, bir insan olaraq mənəvi məziyyətləri onun ata və anasına, doğma yurduna, qadına bəslədiyi münasibətlərdə təzahür edir. Rəşid bəy fəaliyyətinin çoxunu vətənini çapıb-talayan və əkinçiləri incidən quldurlarla çarpışmada keçirərdi.
İsmayıl bəyin bu əsəri qələmə almaqda məqsədi Azərbaycan mühitinin təsvirilə onda ailə həyatı və məişəti haqqında təsəvvür yaratmaq olub. Başlıca ideyası azad sevgi və qadının cəmiyyətdə azadlığı olan istər kübar, istər yoxsul ailələrdə insani münasibətləri incəliklə təsvir edən orijinal nəşr nümunəsidir. Müəllifin özünün çılğın təbiəti onun qəhrəmanlarına da hopub. “Rəşid bəy və Səadət xanım” yazıldığı dövrün etnoqrafiyası haqqında da zəngin məlumat verir. 19-cu əsrin birinci yarısı Azərbaycan məişəti burada elə canlı və inandırıcı təsvir olunur ki, ondan tarixi bir sənəd kimi də faydalanmaq mümkündür.
İsmayıl bəyin vətənimizə olan xidmətləri çoxşaxəlidir. O, hərbimizə olan xüsusi xidmətləri ilə yanaşı, ədəbiyyatımıza da gözəl töhfələr bəxş edib. Sağlığında böyük hörmət-izzət sahibi olan, qayğıkeş və mərd insan kimi tanınan İsmayıl bəy Qutqaşınlı 14 avqust 1861-ci ildə vəfat edib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54

