/ / Prezident İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib
29.06.2016 [09:56]
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Sonra Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olub.
Binada Ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli liderin həyat və fəaliyyətinin əks olunduğu muzey yaradılıb. Muzeydə Ulu öndərin ordu quruculuğu fəaliyyətinə geniş yer verilib. Ümummilli liderin respublikaya rəhbərliyinin həm birinci, həm də ikinci dövründə ölkədə ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirləri əks etdirən fotolar muzeydə sərgilənir. Bundan əlavə, Prezident İlham Əliyevin güclü maddi-texniki bazaya malik, vətənpərvər ordunun formalaşdırılması istiqamətində gördüyü işlər də muzeydə geniş əks olunub.
Baş Qərargahın binasında müxtəlif tədbirlərin keçirilməsinə imkan verən, səsyazma və proyektor sistemləri ilə təchiz olunan akt zalı da yaradılıb.
Bildirilib ki, ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.
Daha sonra Prezident İlham Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat veriblər ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan Məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait var. Məntəqəyə hərbi idarəetmə sisteminin müxtəlif elementləri daxildir. Bildirilib ki, Mərkəzi Komanda Məntəqəsi əməliyyat şəraiti barədə məlumatların toplanmasına və təhlilinə, qoşunların döyüşə hazırlıq prosesinə, döyüş xidmətinin aparılmasına nəzarət edilməsinə, döyüş fəaliyyətinə hazırlıq dövründə və onun gedişində qoşunların idarə olunmasına, digər idarəetmə məntəqələri ilə müxtəlif növ məlumat mübadiləsinin aparılmasına və videokonfransların təşkilinə, videoməlumatların ötürülməsinə imkan verir.
Sonra düşmən müdafiəsinin dərinliyində hava kəşfiyyatı aparan pilotsuz uçuş aparatından və aerostatdan alınan görüntülər nümayiş etdirilib.
Daha sonra əsas komanda məntəqələri ilə birbaşa videobağlantılar qurulub. Müxtəlif ordu korpuslarının və birliklərinin komandirləri videobağlantı vasitəsilə Prezident, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.
Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb.
Bu maşınların funksiyaları və imkanları barədə dövlətimizin başçısına ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

