/ / Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21.09.2016 [09:59]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimizin müvafiq nazirlikləri arasında uzun illərdir sıx qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğulayıb, bu gün imzalanacaq sənədin əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasında Rusiya tərəfinin yardımına görə təşəkkürünü bildirib, ilkin mərhələdə aparılan qarşılıqlı məsləhətləşmələri və texniki təchizatla bağlı köməyi yüksək qiymətləndirib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 ildən artıqdır səmərəli fəaliyyət göstərdiyini qeyd edən dövlətimizin başçısı ölkələrimizin müvafiq qurumlarının ikitərəfli əməkdaşlıq həyata keçirdiyini, gözlənilməz situasiyalar və qarşıya çıxan çətinliklər zamanı bir-birinə yardım göstərdiklərini vurğulayaraq bunu dostluq və tərəfdaşlıq əlaqələrinin təsdiqi kimi qiymətləndirib, bu dostluğun artıq xeyli sınaqlardan keçdiyini vurğulayıb.
Rusiya və Azərbaycanın dost dövlətlər olduğunu qeyd edən nazir Vladimir Puçkov ölkələrimizi bir çox məsələlərin birləşdirdiyini deyib. Birgə əməkdaşlığımızın parlaq perspektivləri olduğunu bildirən Vladimir Puçkov Azərbaycanın və Rusiyanın Fövqəladə Hallar nazirliklərinin uzun illərdir qarşılıqlı fəaliyyət göstərdiklərini, idarəetmə orqanlarının və xüsusi bölmələrin hazırlığının artırılması, eləcə də mütəxəssislərin təlimləri ilə bağlı birgə işlərin aparıldığını, yeni texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Vladimir Puçkov bildirib ki, bu gün imzalanması nəzərdə tutulan növbəti iki illik plan məqsədlərin müəyyənləşdirilməsi, tapşırıqların formalaşdırılması, həm Azərbaycan, həm də Rusiya tərəfindən məsul şəxslərin təyin olunması üçün yaxşı imkan yaradacaq. O deyib ki, birgə fəaliyyətin əsas məqsədi Rusiya və Azərbaycan əhalisinin həyat təhlükəsizliyi, iqtisadiyyatın, sosial infrastrukturun inkişafı üçün şəraitin yaradılması, eləcə də təhlükə və fəlakətlərin azaldılması üçün müasir forma və metodların tətbiqidir.
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30

