/ / “Euronews” Azərbaycan Prezidentinin “Bakutel-2016” sərgisində bu telekanala müsahibəsi və sərgi ilə bağlı reportaj yayımlayıb
“Euronews” Azərbaycan Prezidentinin “Bakutel-2016” sərgisində bu telekanala müsahibəsi və sərgi ilə bağlı reportaj yayımlayıb
08.12.2016 [10:18]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisi ilə tanışlıq zamanı “Euronews” telekanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, “Euronews” telekanalı dövlətimizin başçısının müsahibəsi və “Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb.
Reportajda “Bakutel-2016” sərgisinin əhəmiyyəti vurğulanır, Azərbaycan rabitəsinin yaranma tarixinə toxunulur. Qeyd edilir ki, regionda ən böyük sərgi olan “Bakutel” artıq 20 ildən çoxdur hər il öz meydançasına telekommunikasiya bazarının aparıcı şəxslərini və iştirakçılarını, həmçinin informasiya texnologiyaları istehsalçılarını toplayır. 135 il əvvəl Nobel qardaşları Bakıda ilk telefon xəttini çəkiblər. Azərbaycan rabitə sənayesinin yaranma tarixini o vaxtdan hesablayır.
Reportajda bildirilir ki, artıq 22-ci dəfə keçirilən “Bakutel” sərgisində bu il təxminən 20 ölkəni təmsil edən 200-dən çox şirkət, həmçinin 7 aparıcı korporasiya iştirak edir. Burada yalnız fikir deyil, eyni zamanda, ideya mübadiləsi aparılır.
Süjetdə Prezident İlham Əliyevin sərgidə iştirakı xüsusi vurğulanır. Dövlətimizin başçısının sərginin iştirakçılarını, təşkilatçılarını və qonaqları salamladığı diqqətə çatdırılır.
Prezident İlham Əliyev “Euronews”a müsahibəsində deyib ki, yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək. Ona görə yox ki, neft və qazın qiymətləri aşağı düşüb. Ona görə ki, iqtisadiyyatın digər sahələri - sənaye, turizm, xidmət, kənd təsərrüfatı və telekommunikasiya sənayesi, informasiya texnologiyaları sahəsi ilə bağlı digər sektorlar inkişaf edir. Artıq ənənəvi olaraq keçirilən bu sərgi Azərbaycanın regionda telekommunikasiya və informasiya texnologiyaları biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir.
Reportajda bildirilir ki, “Bakutel” sərgisində videooyunlar və virtual reallıqla bağlı sahələr üstünlük təşkil edir. Sərgi çərçivəsində “WorldShop” realiti market fəaliyyət göstərir. Burada ən populyar stendlərdən biri Azərbaycan paytaxtının küçələrində keçirilən Formula-1 yarışlarına həsr olunmuş oyunun stendidir. Burada, həmçinin telekommunikasiya şəbəkəsi, simsiz rabitə, peyk rabitəsi və onunla bağlı texnologiyalar, informasiya texnologiyaları sahəsində ofis texnologiyaları, həmçinin 4G və 5G formatında mobil texnologiyaların ekspozisiyaları var.
Reportajın müəllifi sərginin beynəlxalq əhəmiyyətini xüsusi qeyd edərək deyir: “İnformasiya texnologiyaları məhsullarının yeniliklərinin nümayişi üçün mühüm platforma olan “Bakutel” həm region, həm də bütün dünya üçün möhkəm işgüzar əlaqələrin qurulduğu əsas biznes meydançası statusunu qazanıb”.
Xəbər lenti
Hamısına baxSiyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19

