Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ulu öndər bütövlükdə Azərbaycan dövlətini siyasi fiaskodan qurtardı

Ulu öndər bütövlükdə Azərbaycan dövlətini siyasi fiaskodan qurtardı

13.06.2009 [08:34]

ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla qət edilən inkişaf yolu sübut etdi ki, 1993-cü ilin 15 iyunu həqiqətən xalqımızın Milli Qurtuluş Günü olub
Fiasko sözünün mənası “tam məğlubliyyət”, “çökmə”, “süqut” deməkdir. 1993-cü ilin iyun ayında Azərbaycan dövlətçiliyi üçün bu sözün işlədilə bilmə ehtimalı olduqca böyük idi. öz müstəqilliyinin ikinci ilini yaşayan Azərbaycan bir tərəfdən erməni təcavüzünün, digər tərəfdən isə daxili siyasi kataklizmlərin təsiri altında dağılmaq təhlükəsi ilə üzləşmişdi. Tarixi müşahidələr göstərir ki, adətən xaricdən təhlükə olduqda cəmiyyətin birliyi, bütövlüyü möhkəmlənir. Təəssüf ki, qeyd etdiyimiz ərəfədə bu cür xarici təhlükə Azərbaycandakı bir sıra hakimiyyət hərislərinə təsir etmirdi. Hər şeydən öncə isə o vaxtkı AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və siyasi iradəsizliyi cəmiyyətdə daha da dərin qütbləşmələrə rəvac verirdi.
Həmin vaxt hakimiyyətdə olanlar dərk edə bilmirdilər ki, müstəqillik, azadlıq hər bir xalq üçün tanrının bəxş etdiyi ən əziz nemətdir. Bəlkə də onlar dərk edirdilər, amma hakimiyyəti, müstəqilliyimiz uğrunda tökdüyümüz qanlardan, itirdiklərimizdən daha əziz, şirin sayırdılar. Bəzən müstəqilliyi, azadlığı qoruyub saxlamaq, möhkəmləndirmək onu əldə etməkdən qat-qat çətin olur. Bu, böyük iradə, əzm, müdriklik tələb edir. 1993-cü ilin iyununda baş verənlər həm də göstərdi ki, biz xoşbəxt xalqıq. çünki, ulu tanrı bizə, bəxş etdiyi müstəqilliyi, azadlığı qoruyub saxlaya biləcək bir dahini-Heydər Əliyevi yetirdi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə ali siyasi hakimiyyətə gəlişi Azərbaycan xalqının həyatında tarixi bir dönüş etdi. Bu, Azərbaycan xalqının Milli Qurtuluş Günü idi. Bu möhtəşəm günün tarixi əhəmiyyəti qədirbilən xalqımız tərəfindən elə ilk anlardaca dərk edilmişdi. Lakin zaman keçdikcə göründü ki, Milli Qurtuluş Günü bizim dərk etdiyimizdən də əhəmiyyətli olub. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla qət edilən inkişaf yolu sübut etdi ki, 1993-cü ilin 15 iyunu həqiqətən xalqımızın Milli Qurtuluş Günü olub. Biz bu günü tariximizə qızıl hərflərlə yazdıq.
1993-cü ilin iyun ayında Heydər Əliyev vətəninə, xalqına misilsiz bir sevgi, etibar nümayiş etdirdi. Qeyd etdiyimiz kimi, Heydər Əliyevəqədərki Azərbaycan dünyanın supergüclərinin müdhiş maraqlarının toqquşduğu bir məkana çevrilmişdi. Bundan başqa, erməni təcavüzü, daxili siyasi xaos Azərbaycanı tarixin arxivinə sürükləyirdi. Bir sıra hakimiyyət hərislərinin cılız niyyətləri ölkə daxilində qardaş qırğını, vətəndaş müharibəsi üçün zəmin yaratmışdı. Bunlar azmış kimi, yaranmış siyasi boşluqdan istifadə olunaraq şimalda və cənubda məlum separatizm meyilləri də gücləndirilmişdi. Həmin dövrü yaxından müşahidə edən insanlarda belə bir rəy formalaşmışdı ki, artıq Azərbaycanın sonudur. Azərbaycan dövlətini, xalqını belə uçurumdan qurtarmaq üçün Heydər Əliyev müdrikliyinə, dahiliyinə, siyasi iradəsinə hədsiz ehtiyac açıq-aşkar özünü büruzə verirdi. Xalq artıq tükənmiş ümidlərini məhz Ulu öndərə bağlamışdı. Heydər Əliyev də xalqının səsinə səs verərək qayıtdı. Onun qayıdışı ilə millət dəhşətli bəlalardan, ən əsası isə dövlətçiliyini itirməkdən qurtuldu.
Hələ Naxçıvanda olduğu dövrdə mürdik, uzaqgörən, cəsarətli siyasəti ilə bütün dünyanı heyran edən ümummilli lider Heydər Əliyevin ardıcıl uğurları bütün Azərbaycan xalqını sevindirir, Ona sonsuz ümidlər yaradırdı. Hakimiyyətdə olan AXC-Müsavat iqtidarı isə Heydər Əliyevin müstəqil, tarazlı siyasətinə böyük qısqanclıqla yanaşırdı və istənilən qeyri-sivil vasitələrlə Ona mane olmağa çalışırdı. Bu, Azərbaycan tarixinin olduqca ağrılı bir dövrü idi. Erməni daşnaklarının “Böyük Ermənistan” yaratmaq niyyətlərinin reallaşdığı bir dövrdə Azərbaycandakı AXC-Müsavat iqtidarı Naxçıvan Muxtar Respublikasında hakimiyyət davasına qalxmışdı. Belə ki, 1992-ci ilin oktyabrında silahlı dövlət çevrilişi cəhdi oldu. Lakin Ulu öndərin bir çağırışı ilə ayağa qalxan xalq bu qeyri-sivil, qeyri-demokratik cəhdlərin qarşısını aldı. İstər Naxçıvanda, istərsə də Bakıda xalq qurtuluşunu məhz Heydər Əliyevdə görürdü. çünki xalq artıq qəti dərk etmişdi ki, mövcud iqtidarı dövlətçilikdən, ölkənin ərazi bütövlüyündən, xalqın rifahından və təhlükəsizliyindən çox hakimiyyət qoltuqları düşündürür. Bu, ölkədə hərc-mərcliyə, siyasi özbaşınalıqlara, hakimiyyət uğrunda aramsız qeyri-demokratik mübarizələrə rəvac verirdi.
Əlbəttə, kifayət qədər iradəyə malik olan, ağı qaradan seçməyi bacaran Azərbaycan xalqı tezliklə belə arzuolunmaz vəziyyəti dəf edəcəkdi. Artıq proseslər  kulminasiya nöqtəsinə çatmaqda idi. Belə ki, 1993-cü il iyunun əvvəlində Surət Hüseynovun rəhbərliyi altında hərbi qiyam baş verdi, hökumətə itaətsizlik göstərildi. Sözsüz ki, heç bir idarəçilik səriştəsinə malik olmayan o vaxtkı iqtidar bunun qarşısında tam gücsüzlük nümayiş etdirməli idi və etdirdi. Cəncədə qardaş qanı axıdıldı. S.Hüseynovun başçılıq etdiyi qiyamçılar paytaxta doğru hərəkət etməyə başlayaraq, prezidentin və hökumətin istefasını tələb etdilər. Xalqın üzdə olan nümayəndələri dəhşətli fəlakətin yaxınlaşdığını duyurdular. Həmin vaxt Naxçıvanda olan Azərbaycan xalqının dahi oğlu, böyük vətənpərvər Heydər Əliyev yaxınlaşan təhlükənin miqyasını hamıdan yaxşı hiss edirdi və bütün bunlara biganə qala bilməzdi. öz növbəsində iqtidar da artıq dərk etdi ki, prosesləri qabaqlamaq gücündə deyil və mütləq Heydər Əliyevin köməyi lazımdır. Beləliklə, xalqını hədsiz məhəbbətlə sevən Heydər Əliyev qurtuluş missiyasını öz üzərinə götürdü. O, qiyamçılarla danışıqlar aparmaq üçün Gəncəyə yollandı və vətəndaş qarşıdurmasını aradan qaldırmağa müvəffəq oldu. Onun bu qayıdışını, bu addımını bütün Azərbaycan xalqı hədsiz sevinclə, fərəhlə qarşıladı. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev xalqın təkidli istəyi ilə Azərbaycan Ali Sovetinə sədr seçildi.
Onu da qeyd etmək lazımdır ki, 1993-cü ildə Azərbaycanın üzləşdiyi problemlər yalnız daxildəki siyasi xaosla bitmirdi. Azərbaycan Respublikası faktiki olaraq beynəlxalq aləmdən də təcrid olunmuş vəziyyətdə idi. Dünya dövlətləri Azərbaycanı ciddi tərəfdaş kimi qəbul etmirdilər. Hətta Mərkəzi Asiyanın türkdilli dövlətləri də Azərbaycanla, demək olar ki, bütün əlaqələrə son qoymuşdular. Erməni hərbi birləşmələri işğal arealını genişləndirməkdə idi. Dünya dövlətləri də açıq-aşkaq Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırırdı. çünki Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdıran yox idi. Azərbaycan torpaqlarının anneksiyası prosesinə start verilmişdi. ümummilli liderin hakimiyyətə qayıdışından sonra vəziyyət kökündən dəyişdi. O, qayıtdı və bəyan etdi: “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
1993-cü il iyunun 15-dən artıq 16 il ötüb. Bugünkü nailiyyətlərimiz 15 iyun gününün Azərbaycan tarixində nə qədər əhəmiyyətli olduğunu bir daha xatırladır. Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi kursu hər ötən gün  bizə Milli Qurtuluşun əhəmiyyətini daha aydın şəkildə göstərir. Bir daha qeyd edirik - 1993-cü ilin 15 iyununda bütövlükdə Azərbaycan dövləti siyasi fiaskodan, yəni, məhv olmaq, siyasi xəritədən silinmək təhlükəsindən qurtuldu.

Paylaş:
Baxılıb: 1184 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31