/ / Azərbaycanın qadın voleybolçuları Almaniya millisinə qalib gələrək Avropa çempionatının dörddəbir finalına yüksəliblər
Azərbaycanın qadın voleybolçuları Almaniya millisinə qalib gələrək Avropa çempionatının dörddəbir finalına yüksəliblər
26.09.2017 [10:24]
Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
Sentyabrın 25-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin “A” qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığması üzərində inamlı qələbə qazanaraq dörddəbir finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan voleybolçuları 3:1 hesabı ilə qalib gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə Almaniya millisi 25:19 hesabı ilə üstün olub. Lakin ikinci setdə təşəbbüsə yiyələnən Azərbaycan voleybolçuları qələbə qazanaraq (25:19) ümumi hesabı bərabərləşdiriblər - 1:1. Qarşılaşmanın üçüncü setində üstün oyun nümayiş etdirən voleybolçularımız 25:18 hesabı ilə qalib gəliblər. Bu qələbə sayəsində milli komandamız ümumi hesabda irəli çıxıb - 2:1. Matçın dördüncü seti də yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatıb - 25:18.
Beləliklə, “A” qrupunda keçirdiyi üç görüşün hamısında parlaq qələbə qazanaraq ən yüksək nəticə göstərən Azərbaycan voleybolçuları dörddəbir finala birbaşa vəsiqəni təmin ediblər.
Milli komandamız əvvəlki görüşlərdə Macarıstan və Polşa yığmalarına 3:0 hesabı ilə qalib gəlib. “A” qrupundan Polşa və Almaniya yığma komandaları mübarizəni pley-offda davam etdirəcəklər.
Dörddəbir finala birbaşa vəsiqənin digər sahibləri isə İtaliya, Rusiya və Serbiya milli komandalarıdır.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00

