Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

12.07.2026 [09:56]

Futbol üzrə dünya çempionatında Argentina və İsveçrə yığmaları arasında oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, “Kanzas Siti” stadionunda keçirilən 1/4 final mərhələsində Cənubi Amerika təmsilçisi hesabı açıb - 1:0. Oyunun 10-cu dəqiqəsində Aleksis Makallister fərqlənib.

İkinci hissədə İsveçrə yığması hesabı bərabərləşdirib - 1:1. Oyunun 67-ci dəqiqəsində Dan Ndoye fərqlənib.

Oyunun əsas hissəsində qalib müəyyənləşməyib. Ayrılmış əlavə vaxtda, oyunun 112-ci dəqiqəsində Julian Alvarez Argentina yığmasını irəli çıxarıb - 2:1. Daha sonra oyunun 120+1 dəqiqəsində Cənubi Amerika təmsilçisi daha bir qələbə qazanıb - 3:1. Argentina komandasında Lautaro Martines fərqlənib.

Beləliklə, Argentina yarımfinala vəsiqə qazanıb.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31