Əhalinin fiziki və mənəvi sağlamlığının təmin olunması əsas məqsədlərdəndir
02.10.2009 [15:19]
Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi, səhiyyədə də sürətli inkişaf müşahidə edilməkdədir. Səhiyyə, demək olar ki, sosial sahənin ən mühüm istiqamətlərindəndir. Əhalinin fiziki və mənəvi sağlamlığı ölkənin gücü deməkdir. ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə ən çox diqqət yetirilən sahələrdən biri məhz səhiyyə idi. Ulu öndər Heydər Əliyev tibb işçiləri qarşısında etdiyi çıxışlarında həkim sənətinin vacibliyi və məsuliyyətliliyini dəfələrlə qeyd etmiş, tibb işçilərinin öz vəzifələrinin öhdəsindən uğurla gəlmələri üçün onlara hər cür şəraitin yaradılacağını bəyan etmişdi. O, vədinə sadiq qalaraq müasir standartlara cavab verən səhiyyə obyektlərinin tikintisini gerçəkləşdirdi. Ulu öndərin əsasını qoyduğu işlər bu gün də davam etdirilir. Azərbaycanda səhiyyə sahəsində son illər həyata keçirilən layihələr, islahatlar təqdirəlayiqdir. Hər il ölkənin müxtəlif regionlarında onlarla yeni tibb ocaqlarının tikilərək istifadəyə verilməsi, təmir olunması, ən müasir avadanlıqlarla təmin edilməsi və yüksək səviyyəli tibbi kadrların hazırlanması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini xeyli artırıb. Respublikada son 4-5 il ərzində 120-dən çox xəstəxana tikilib. ümumilikdə isə 300-dən artıq səhiyyə müəssisəsi yaradılıb. Dövlət başçısının sərəncamları əsasında görülən işlər həm tibb işçilərinin, həm də sakinlərin arzu və istəklərinin gerçəkləşməsinə yönəldilib. Dövlət müəssisələrində pulsuz xidmətin göstərilməsi əhalinin aztəminatlı hissəsi üçün çox müsbət bir addımdır. Eləcə də, son illərdə səhiyyə işçilərinin əməkhaqqı bir neçə dəfə artırılıb.
Bu günlərdə Prezident İlham Əliyev Qubaya səfəri zamanı tikintisi yenicə başa çatdırılan Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Mərkəzin açılışı bölgə əhalisi üçün çox böyük bir töhfədir. çünki artıq bundan sonra Quba sakinləri böyrək, revmatizm kimi xəstəliklərin müalicəsi üçün rayon ərazisini tərk etmək məcburiyyətində qalmayacaqlar. Prezidentin açılış mərasimindəki çıxışı səhiyyə sahəsində atılan mütərəqqi addımların bundan sonra da davam etdiriləcəyini əminliklə deməyə əsas verir: “Bilirsiniz ki, Azərbaycanın müxtəlif bölgələrində belə gözəl müalicə-diaqnostika mərkəzləri fəaliyyət göstərir. çalışmalıyıq ki, Azərbaycanın hər bir yerində çox keyfiyyətli və səviyyəli tibbi xidmət göstərilsin. Bunu etmək üçün əlbəttə ki, yeni xəstəxanalar tikilməlidir, tibbi kadrlar hazırlanmalıdır”.
Onu da qeyd edək ki, Qubada açılan mərkəz Hacıqabul rayonundakı Uşaq Tibb Mərkəzi və Bakıdakı Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusundan sonra bu ay ərzində istifadəyə verilən üçüncü səhiyyə müəssisəsidir.
Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyev Fondunun da fəaliyyətində prioritet istiqamətlərdəndir. Ulu öndərin Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı gördüyü işlər Fondun fəaliyyətinin mühüm istiqamətini təşkil edir. Xüsusən də, ailə, ana və uşaq sağlamlığının qorunması Fondun nəzərdə saxladığı əsas sahədir. Bununla bağlı, Fondun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən zəruri proqram və layihələr Azərbaycanda tibb sahəsinin inkişafına əvəzsiz töhfələr verir. Belə ki, Fondun həyata keçirdiyi “Talassemiyasız həyat”, “Diabetli uşaqlara ən yüksək qayğı” və digər layihələr gənc nəslin sağlamlığının qorunması istiqamətində görülən çox mühüm işlərdir. “Diabetli uşaqlara ən yüksək qayğı” proqramı çərçivəsində bu xəstəliyə tutulan 14 yaşadək uşaqların insulinlə təminatında müşahidə olunan problemlər aradan qaldırıldı. Fond fəaliyyəti ilə bu ciddi problemə bütün ictimaiyyətin diqqətini yönəldə bildi. Heydər Əliyev Fondu cəmiyyətimizdə daha böyük narahatlıq yaradan talassemiya xəstəliyinin qarşısının alınması yönündə də böyük işlər görür. Bununla yanaşı, Beynəlxalq Talassemiya Federasiyası ilə əməkdaşlıq yaradılır. Müasir avadanlıqlarla təchiz ediləcək Talassemiya Diaqnostika Mərkəzinin yaradılmasına qərar verilməsi çox önəmli addımdır. Eləcə də, xəstəliyin genişlənməsinin qarşısını almaq üçün əhali arasında maarifləndirmə işləri görülür.
Fond tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə dövlət tərəfindən səhiyyə müəssisələrində icra olunan təmir və yenidənqurma işlərinə dəstək verir. Səhiyyə sahəsində görülən işlər yalnız paytaxtı deyil, bölgələri də əhatə edir.
Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında yeni reabilitasiya mərkəzləri tikilir. Xarici şirkətlərlə bağlanan müqavilələr əsasında tibb müəssisələri ən müasir texnologiyaya uyğun cihazlarla təmin olunur. Fondun və onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün daha bir səhiyyə müəssisəsi inşa olunur.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

